“Bank Respublika” ASC Partnyorlarla iş üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
Fins.az xəbər verir ki, bank vakansiya ilə bağlı öhdəlik və tələbləri açıqlayıb.
Ümumi vəzifə öhdəlikləri:
- Potensial partnyor ola biləcək şirkətlərin araşdırılması və əlaqələrin qurulması;
- Partnyorluq danışıqlarının aparılması və bank məhsullarının təqdimatı;
- Bankın POS terminal şəbəkəsinin genişləndirilməsi istiqamətində yeni partnyorların cəlb olunması istiqamətində işlərin aparılması və nəzarət olunması;
- Mövcud partnyorlarla mütəmadi əlaqələrin davam etdirilməsi, lazımi dəstəyin göstərilməsi, satışın artırılması və işlərin optimallaşdırılması üzrə təkliflərin verilməsi;
- Partnyorlar tərəfindən müraciətlərin qəbulu və icrası üzrə aidiyyəti departamentlərlə işin qurulması;
- Partnyor şəbəkəsi üzrə statistik təhlilərin aparılması və hesabatların hazırlanması;
- Şöbənin funksiyasından irəli gələn digər funksiyaların icra edilməsi.
Namizədə qarşı tələblər:
- Ali təhsil;
- Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi;
- Dil bilikləri: Azərbaycan və Rus dilləri əla, İngilis dili yaxşı səviyyədə arzuolunandır;
- MS Office (Word, Excel, Outlook) proqramları üzrə biliklər;
- Müxtəlif düşüncə və dünya görüşünə malik insanlarla yazılı və şifahi ünsiyyət qurmaq;
- Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə;
- Məlumatlar əsasında təhlil etmə və düzgün qərar vermə;
- Cəlbetmə və satış bacarığı;
- Məsuliyyətlilik, operativlik.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 26 oktyabr 2023-cü il tarixinədək emailin mövzu hissəsində Partnyorlarla iş üzrə mütəxəssis qeyd etməklə [email protected] elektron ünvanına göndərə bilər.
Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.