“Bank Respublika” ASC Sistem analitiki vəzifəsi üzrə vakansiya elan edir.
Fins.az xəbər verir ki, bank vakansiya ilə bağlı öhdəlik və tələbləri açıqlayıb.
Ümumi vəzifə öhdəlikləri:
- Proqram təminatının hazırlanması üzrə texniki tapşırıqların tərtibi;
- Proqram təminatının funksional testi (front-end və back-end), veb-servislərin keyfiyyətinin izlənilməsi;
- Proqram təminatının daxili biznes məntiqinin inkişaf etdirilməsi və keyfiyyətinə nəzarət;
- Xarici və daxili işçi qrupları ilə ünsiyyətin aparılması;
- Daxili hesabatların hazırlanması və onların təhlili.
Namizədə qarşı tələblər:
- Ali təhsil;
- Analitika sahəsi üzrə minimum 1 il iş təcrübəsi;
- BPMN bilikləri;
- MS Office (Word, Excel, Outlook) proqramları üzrə biliklər.
- Dil bilikləri: Azərbaycan əla, Rus və İngilis dilləri texniki səviyyədə arzuolunandır;
- SQL bilikləri arzuolunandır;
- API baza bilikləri arzuolunandır;
- Sistemli şəkildə düşünmək və məhsulu inkişaf etdirə bilmək bacarığı;
- Proqressiv düşüncə tərzi və çərçivələrdən kənara çıxmaq bacarığı;
- Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 31 oktyabr 2023-cü il tarixinədək emailin mövzu hissəsində Sistem analitiki qeyd edərək [email protected] elektron ünvanına göndərə bilər.
Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.