"Unitrade Group MMC" audit üzrə mütəxəssis vəzifəsinə vakansiya elan edir.
Fins.az-ın məlumatına görə, şirkət vakansiya ilə bağlı öhdəliklər və tələblərini açıqlayıb.
Əsas vəzifə öhdəlikləri:
-
Audit obyektlərinin həcmini müəyyən etmək;
-
Fəaliyyət göstərilən ərazidə fakturaların və müştəri borclarının yoxlanışlarını həyata keçirmək və nəticələri raportlamaq;
-
Anbarda mövcud olan məhsulların sayımını həyata keçirmək və sayım nəticələrini raportlamaq;
-
Audit yoxlamaları zamanı mənimsəmə və saxtakarlıq risklərinin qiymətləndirilməsini aparır;
-
Mənimsəmə və saxtakarlıq hadisələrin araşdırılmasında Departamentin adından iştirak edir;
-
Daxili nəzarət sistemlərinin adekvatlığının, səmərəliliyinin yoxlanılması və qiymətləndirilməsi işini həyata keçirir;
-
Ödənişlərin və satışın effektivliyini nəzərə alaraq aktivlərin idarə edilməsinə nəzarət edir, şirkətin aktivlərinin qorunması vasitələrini qiymətləndirir;
-
Şirkətdaxili kompaniyaların şərtlərinə uyğun olaraq malların anbardan təhvil alınıb müştərilərə çatdırılması prosesinə nəzarət edir.
-
Şirkətin aylıq, rüblük və illik hesabatlarının yoxlanılması;
-
Bütün növ iş sənədlərinin qorunub saxlanılması.
Tələb olunan bilik və bacarıqlar:
-
Daxili audit qaydalarını bilməli;
-
İqtisadi sahədə qanunvericiliyi bilməli;
-
Mənimsəmə, saxtakarlıq kimi halları aşkar etmə və korporativ idarəetmə bacarığı;
Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri:
-
Təhsil: Ali (Mühasibat uçotu və audit, idarəçilik, iqtisadiyyat, maliyyə);
-
İş təcrübəsi: ən azı 3 il (Mühasibatlıq, Maliyyə, Audit sahəsi üzrə);
-
Distribusiya sahəsində təcrübə mütləqdir
-
Beynəlxalq Mühasibat Uçotunun ilkin bilikləri;
-
1C, Micro proqramları ilə işləmək bacarığı;
-
Dil bilikləri: Azərbaycan dili, rus dili və ingilis dili arzuolunan;
-
Təhlil, analitik düşüncə və yüksək ünsiyyət qurma qabiliyyəti;
-
Məlumatların məxfiliyini qoruyub saxlamaq bacarığı
-
Vergi qanunvericiliyi, BMU sistemi ilə yaxindan tanışlıq, beynəlxalq sertifikatları olanlara üstünlük veriləcək;
-
Analitik və ünsiyyət qurma bacarığı;
-
Kompüter bilikləri: MS Office.
İş qrafiki:
-
Həftədə 5 gün, 09:00-dan 18:00-dək
-
Əmək haqqı: Müsahibə əsasında
-
AR Əmək məcəlləsinə uyğun olaraq əmək müqaviləsi bağlanılır.
İş yeri:
-
Koroğlu m., Anbarım
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Audit üzrə mütəxəssis” yazaraq göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır. ([email protected] )