Mobil operator olan “Azercell Telekom” MMC B2B/ Xüsusi Əhəmiyyətli Şirkətlərə Satış üzrə Koordinator üzrə vakansiya elan edib.
Fins.az-ın məlumatına görə, şirkətin vakansiya ilə bağlı öhdəliklər və tələbləri təqdim olunub.
Azercell şirkətinə qoşulmaqla Siz nə əldə edəcəksiniz:
-
Ölkənin lider mobil operator şirkətində iş təcrübəsi;
-
Peşəkarlardan ibarət korporativ mühitdə çevik, innovativ və nəticəyönümlü komandada iş;
-
Davamlı karyera inkişafı imkanları;
-
Təlim və fərdi inkişaf proqramları;
-
Rəqabətli əmək haqqı;
-
Bonus ödənişi;
-
Tibbi sığorta ilə təmin olunma (Ailə üzvləri: həyat yoldaşı və övladlar daxil);
-
Korporativ telefon və nömrə ilə təmin olunma;
-
Limitsiz Azeronline Internet Paketi;
-
Əlavə güzəşt və endirimlər.
Bu komanda daxilində siz müxtəlif şirkətlərlə əməkdaşlıq edəcək, şirkətimizi və məhsullarımızı korporativ müştərilərə təqdim edəcək və satışla bağlı danışıqlarda iştirak edəcəksiniz.
İş yeri: Port Baku
Korporativ seqment üzrə şirkət satışlarının artırılması üçün əsas vəzifə öhdəliklərinə aşağıdakılar daxildir:
-
Yeni korporativ müştərilər əldə etmək və onlarla birbaşa əlaqə qurmaq;
-
Mövcud xidmətləri,təklifləri,məhsulları və həlləri korporativ müştərilərə təqdim etmək;
-
Şirkətlərin borclarının azaldılmasını təmin etmək;
-
Müştəri seqmentləri üzrə kontakt strategiyasının idarə edilməsi;
-
Biznes,Satış və Gəlir təhlillərinin aparılması;
-
Şirkətlər haqqında ətraflı məlumat toplanması, yoxlanması və nəzarət edilməsi.
Tələb olunan Bacarıq və Təcrübə:
-
Ali Təhsil;
-
Satış sahəsi üzrə minimum 2 il təcrübə;
-
Sürücülük vəsiqəsi (B kateqoriyası).
Dil bilikləri: Azərbaycan, rus dili - səlis, ingilis dili - yuxarı səviyyədə.
-
Yüksək ünsiyyət və danışıqlar aparmaq bacarığı;
-
Telekommunikasiya sahəsi daxilində yüksək səviyyəli əlaqələr və şəbəkələr qurmaq və qoruyub saxlamaq;
-
Yüksək Təqdimat bacarıqları;
-
Yaranan problemləri tez bir zamanda həll etmək bacarığı;
-
Müştəriyə Yönümlülük.
Arzu olunan Bacarıqlar:
-
Komandada işləmək bacarıqları;
-
Yenilikçi və daima inkişaf etmək təşəbbüsünün olması;
-
Nəzarət etmək qabiliyyəti;
-
Qərarvermə qabiliyyəti;
-
İşləri yüksək səviyyədə icra etmək bacarığı;
-
Yekun nəticəyə yönəlmə bacarığı;
-
Yüksək qavrama və analitik təhlil bacarıqları.
Müraciət üçün linkə keçid edə bilərsiniz.