Nərimanov, Gənclik, Yasamal, Bakıxanov, Badamdar, filiallarımız üçün təcrübəli Satış Təmsilçiləri tələb olunur.
Fins.az-ın məlumatına görə, şirkətin vakansiya ilə bağlı öhdəliklər və tələbləri təqdim olunub.
Vəzifə öhdəlikləri:
- Məhsul seçimində müştəriyə kömək etmək və çeşidləri təqdim etmək;
- Məhsulları təmiz və səliqəli şəkildə vitrinə yığılması, qiymət etiketlərinə, bölmələrə nəzarət;
- Mağazaya daxil olan məhsulların qəbulunda iştirak etmək, satışa hazırlamaq;
- Satış texnikasının üslublarından effektiv istifadə etmək;
- Müştəri məmnuniyyətinin təmin etmək;
Namizəd üçün tələblər:
- Orta təhsil;
- Xarici dil biliyi-Rus dili arzu olunandır;
- 20-30 yaş arası xanım və bəylər;
- Komandada işləmək bacarığı;
- Satış prinsipləri, müştəri xidməti standartları barədə biliklər;
- Pozitiv, müştəriyönümlü, ünsiyyətcil, intizamlı, nitq mədəniyyəti, yüksək təqdimat bacarığı, şəxsi inkişafa meylli, nəticə üçün işləmək bacarığı;
Şirkət təklif edir:
- Əmək haqqı 450-500
- Növbəli iş qrafiki ilə altı günlük iş həftəsi
- Peşəkar böyümə və inkişaf
- Əmək məcəlləsinə uyğun sənədləşmə
Qeyd: Namizədlərdən mövzu hissəsində “ Satıcı” vakansiya adını göstərməklə öz cv-lərini [email protected] elektron poçt ünvanına göndərmələrini xahiş edirik.