“Bank Respublika” ASC Risklərin İdarə Edilməsi Departamentində Fraud və dələduzluğa qarşı mübarizə üzrə mütəxəssis vəzifəsinə vakansiya elan edir.
Fins.az-ın məlumatına görə, şirkətin vakansiya ilə bağlı öhdəliklər və tələbləri təqdim olunub.
Ümumi vəzifə öhdəlikləri:
- Bank məhsulları və xidmətlərinin mütəmadi olaraq təhlil edilməsi;
- Bank əməliyyatlarının təhlili və monitorinqi;
- Fraud ehtimalı olan bank əməliyyatlarının araşdırılması;
- Biznes proseslərdə fraud hallarının müəyyən edilməsi və araşdırılması;
- Aşkar olunan fraud və dələduzluq halları ilə bağlı hesabatların təqdim edilməsi.
.Namizədə qarşı tələblər:
- Ali təhsil (Maliyyə, iqtisadiyyat və biznesin idarə edilməsi üzrə);
- Bank sektorunda əməliyyat sahəsi üzrə minimum 2 il iş təcrübəsi mütləqdir;
- Bank əməliyyatlarının tənzimlənməsi barədə qanunvericilik aktları, AR Mərkəzi Bankının müvafiq normativləri və qaydaları barədə yüksək səviyyədə biliklər;
- Excel proqramı üzrə yüksək səviyyədə biliklər;
- Dəqiqlik, detallara fikir vermə və analitik təhlil qabiliyyəti.
- Zərurət olduqda monitorinq məqsədilə şəhər və region filiallarına səfərlər etmək imkanı;
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 18 oktyabr 2023-cü il tarixinədək email-in mövzu hissəsində Fraud və dələduzluğa qarşı mübarizə üzrə mütəxəssis qeyd edərək [email protected] elektron ünvanına göndərə bilər.
Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.