VAKANSİYA

30 Avqust

"Bank Respublika” ASC VAKANSİYA elan edir

“Bank Respublika” ASC Problemli Kreditlərlə iş Departamentinin Təhlil və Hesabatlılıq şöbəsinə Analitik vəzifəsi üzrə vakansiya elan edir.

Fins.az-ın məlumatına görə, bankın vakansiya ilə bağlı öhdəlikləri və tələbləri təqdim olunub.

Ümumi vəzifə öhdəlikləri:

  • Problemli kredit portfelinin analizi və təhlili;
  • Yığım üzrə işçi qrupu əməkdaşlarının fəaliyyəti üzrə nəticələrin qiymətləndirilməsi;
  • Struktur bölmə əməkdaşlarının motivasiya sistemi üzrə müvafiq prosedurların icrası;
  • Hesabatların hazırlanması.

Namizədə qarşı tələblər:

  • Ali təhsil (maliyyə, iqtisadiyyat və biznesin idarə edilməsi üzrə təhsil arzuolunandır);
  • İş təcrübəsi: aidiyyatı sahə və ya kredit sahəsi üzrə arzuolunandır;
  • Dil bilikləri: Azərbaycan dili (əla); İngilis dili (yaxşı);
  • Komputer bilikləri: Microsoft Office Programs (Word, Excel – yüksək səviyyədə);
  • Analitik düşünmə və düzgün qərarvermə bacarığı;
  • Yüksək səviyyədə riyazi hesablama və məlumatlar əsasında təhlil etmə bacarığı;
  • Böyük həcmli məlumat bazası ilə işləmək və təqdimat bacarığı;

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 13 sentyabr 2023-cü il tarixinədək email-in mövzu hissəsində Analitik (Problemli kreditlərin yığımı üzrə) qeyd etməklə [email protected] elektron ünvanına göndərə bilər. Əks təqdirdə müraciətlilərə baxılmaya bilər.

Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.