VAKANSİYA

28 Avqust

Xalq Bank VAKANSİYA elan edir

Xalq Bank kart əməliyyatları şöbəsinin mütəxəssisi (Texniki həllər istiqamətində) vəzifəsinə vakansiya elan edir.

Fins.az-ın məlumatına görə, bankın vakansiya ilə bağlı təsvir və tələbləri təqdim olunub.

Təsvir:

CMS (Card ManagementSystem) proqram təminatı üzrə sistem inzibatçılığı funksiyasının yerinə yetirilməsi (təlim keçirilməsi təmin olunacaq);
CMS proqram təminatı üzrə Vendorlar tərəfindən təqdim edilən istifadəçi funksiyalarının və kitabxana fayllarının sistemə yüklənməsi, dəyişdirilməsi;
Plastik kartlarla bağlı müxtəlif sistemlər arasında olan əməliyyatlar üzrə funksionallıqların, servislərin, APİ sorğuların hazırlanması və tətbiqi; 
Kart məhsullarının yaradılması, sazlanılması, tarif və limitlərin tətbiqi;
Plastik kartlar üzrə daxili və kənar təşkilatlar üçün hesabatlar hazırlanması və ya həmin hesabatların hazırlanmasının təmin edilməsi;
Plastik Kart sistemləri üçün həyata keçirilən inkşaf layihələrində aktiv olaraq iştrak edilməsi.

Tələblər:

Ali təhsil;
Hərbi xidməti bitirən və ya hərbi xidmətdən möhlət hüququ olan (oğlanlar üçün);
İngilis və rus dillərini bilənlərə üstünlük verilir;
Ünsiyyətcil, təşəbbüskar və mülayim olmaq; 
Riyazi hesablama aparmaq qabiliyyəti;
Stressə davamlılıq və kollektivdə işləmək bacarığı;
Yüksək qavrama və analitik düşünmə bacarığı;
İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;
Web servis, arxitektura növləri (Rest/Soap) barədə biliklərə, APİ Servislərin sorğulanması bacarığına, sorğulama formatları (JSON / XML) barədə anlayışlara malik olmalıdır;
Oracle SQL, JAVA Core üzrə praktik vərdişlərə sahib olanlara üstünlük verilir.