VAKANSİYA

07 İyun

Xalq Bank VAKANSİYA elan edir

Xalq Bank İnformasiya təhlükəsizliyi şöbəsinin mütəxəssisi - Kiber Təhlükəsizlik Əməliyyatları Mərkəzi mütəxəssisi (SOC analyst) vəzifəsinə vakansiya elan edir.

Fins.az-ın məlumatına görə, bankın vakansiya ilə bağlı təsvir və tələbləri təqdim olunub.

Təsvir:
Təhlükəsizlik pozuntularının və digər kiber təhlükəsizlik hadisələrinin araşdırılması;
Təhlükəsizlik problemləri üçün kompüter şəbəkələrinin izlənməsi;
Hadisə/davranışı anlamaq üçün müxtəlif alət və məlumat qaynaqlarının birbirinə bağlanaraq analiz edilməsi;
Təhlükəsizlik hücumları hesabatlarının və vizuallarının hazırlanması;
Yanlış müsbətlərin azaldılması üzərində çalışmaq;
Hadisə aşkarlama qaydalarının hazırlanması və təkmilləşdirilməsi;
Təsirə məruz qalan sistemlərdə proses və sazlamaların təhlil edilməsi;
Təhlükəsizlik boşluqlarının aşkar edilməsi üçün nüfuzetmə testi mütəxəssisləri ilə əməkdaşlıq.
Tələblər:
Ali təhsil;
İT və ya Kiber təhlükəsizlik üzrə ən aşağı 1 il iş təcrübəsi;
Təhlükəsizlik divarları, proksi, SIEM, antivirus, EDR/XDR, IDS/IPS həlləri ilə təcrübə;
Əməliyyat sistemləri, şəbəkə audit və digər loqları ilə iş təcrübəsi;
Skript və proqramlaşdırma dilləri haqqında anlayış;
Doğru və aydın hesabat hazırlama bacarığı;
Analitik düşünmə bacarığı;
Kiber hücum növləri haqqında məlumatlılıq.