VAKANSİYA

05 İyun

PASHA Bank VAKANSİYA elan edir

PASHA Bank müştəri meneceri assistenti vəzifəsinə vakansiya elan edir.

Fins.az-ın məlumatına görə bankın vakansiya ilə bağlı işin nədən ibarət olduğu və sizdən nə tələb olduğu bildirilib.

İşiniz nədən ibarətdir?
Bankın daxili strukturları və müştəri ilə müqavilə sənədlərinin hazırlanması və razılaşdırılması, sənədlərə vaxtaşırı nəzarət;
Sazişlərin icrası prosesinin sürətləndirilməsi, lazımi təsdiqlərin alınmasına, əlaqəli şöbələrin son tarixə riayətinə nəzarət;
Bankın müştəri hesabları və kredit müqavilələrində nəzərdə tutulan digər qeyri-kredit məhsullarının (depozitlər, pul vəsaitlərinin daxil olması) məbləği üzrə minimal kredit dövriyyəsinin tələblərə uyğunluğunun yoxlanılması;
Müştəri tələbinin yerinə yetirilməsinə nəzarət;
İnzibati dəstək (xərclər hesabatının hazırlanması, ezamiyyətlərin təşkili və s.).
Sizdən nə tələb olunur?
Təhsil: Maliyyə və ya iqtisadiyyat üzrə ali təhsil
Təcrübə: 0-1 il
Xarici dil: İngilis və rus dili biliyi arzu ediləndir
Kompüter bilikləri: "Microsoft Office" proqramları
Məhsul üzrə biliklər: Bank məhsulları