VAKANSİYA

13 Aprel

“Rabitəbank\" VAKANSİYA elan edir

“Rabitəbank" ASC Kredit və bazar riskləri şöbəsinə baş mütəxəssis vəzifəsinə vakansiya elan edir.

Fins.az-ın məlumatına görə, bankın vakansiya ilə bağlı vəzifələri və tələbləri təqdim olunub.

Əsas vəzifələr:

Kredit portfeli üzrə müxtəlif hesabatlar və onların təhlilini hazırlamaq (vintaj analizi, miqrasiya matris, roll rate, PD və s.) və hesabatlardan irəli gələn tövsiyyələr vermək; 
Mərkəzi Bankın tələblərinə və IFRS 9 standartlarına uyğun olaraq aktivlərə ehtiyyatların yaradılması və nəzarət edilməsi;
Stress-test modellərinin hazırlanması, tətbiq edilməsi və nəticələri ilə bağlı təkliflərin verməsi;
Risk limitlərinin hesablanmasına dair təkliflər verilməsində və risk limitlərinə riayət olunmasına nəzarətin həyata keçirilməsi;
Bankda kredit, bazar, likvidlik riskləri üzrə modellərin qurulmasında və tətbiqində iştirak;
Likvidlik, faiz, kapital riskləri ilə bağlı hesabatlıqların tərtib olunması;
İqtisadiyyatda baş verə biləcək potensial dəyişikliklərin öncədən  müəyyənləşdirilməsi istiqamətində araşdırılmaların aparılması;
Bazar risklərinin idarə edilməsi məqsədilə erkən xəbərdarlıq sisteminin qurulması;
Banklararası kredit, depozit, həmçinin qiymətli kağızların yerləşdirilməsi üzrə risk analizi apararaq rəy bildirmək;
Aidiyyatı üzrə gündəlik, aylıq və rüblük hesabatların hazırlanması və təqdim edilməsi.

Namizədə olan tələblər:

Ali təhsil (Risk menecment,maliyyə,iqtisadiyyat və s. oxşar sahələr);
Kredit və ya bazar risklərinin idarə edilməsi sahəsində iş təcrübəsi;
Xarici dil bilikləri üstünlük sayılır (İngilis dili və Rus dili);
MS Office proqramları xüsusilə Exceldə yüksək səviyyədə işləmək bacarığı;
Riyazi, statistik biliklər;
Təqdimatların formalaşmasında, iri həcmli məlumatın yığımında, təhlilində işləmə bacarığı;
Analitik təfəkkür və yüksək təhliletmə qabiliyyəti;
Ümumi bazar risklərinin idarə edilməsi, risk metrikləri, maliyyə məhsulları, nəzəriyyə və anlayışları haqqında biliklər;
CFA,FRM,PRM üzrə hər hansı mərhələni keçən namizədlərə üstünlük veriləcək;
SQL,VBA, Python proqramlaşdırma dillərinin hər hansı birini bilən namizədlərə üstünlük veriləcək.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Kredit və bazar riskləri şöbəsinin baş mütəxəssisi” göstərməyiniz xahiş olunur. 

Əlaqə vasitələri:
E-mail: [email protected] 

Telefon: (012) 598 44 88, 

Ünvan: Bakı şəhəri, AZ 1010, 28 May küçəsi 3