VAKANSİYA

12 Aprel

Kapital Bank baş mütəxəssis vəzifəsinə işçi axtarır - VAKANSİYA

“Kapital Bank” ASC namizədləri Komplayens departamentinin ÇPY və TMM şöbəsində baş mütəxəssis vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Fins.az-ın məlumatına görə, bankın vakansiya ilə bağlı öhdəlikləri və tələbləri təqdim olunub.

Öhdəliklər

  • Komplayens baxımından qeyri-adi əməliyyatların analizi;
  • Fİliallardan daxil olan müştəri sorğuların cavablandırılması;
  • BƏS-də qurulmuş komplayens proseslərinin düzgün işləməsinə nəzarət;
  • Komplayens proseslərinin tətbiqində filiallara dəstək göstərilməsi;
  • Maliyyə Monitorinqi Xidmətindən daxil olan sorğuların araşdırılması və cavablandırılması və s.

Tələblər

  • Ali təhsil (dəqiq elmlər üzrə ali təhsilli olması üstünlük təşkil edir);
  • Bank Əməliyyatı Sistemlərini bilmək;
  • Analitik düşünmə bacarığı;
  • Azərbayacan dili (əla), rus və ingilis dili (arzuolunan);
  • Excel-də yaxşı işləmək bacarığı;
  • Bank qanunvericiliyindən ümumi məlumatlılıq.

Əgər təklifimiz Sizə maraqlıdırsa, //hr.kapitalbank.az/ portalımızdan qeydiyyat keçərək və yaxud [email protected] email ünvanına CV göndərərək vakansiyamıza müraciət eləyə bilərsiniz.