VAKANSİYA

07 Aprel

TuranBank VAKANSİYA elan edir

"TuranBank" ASC sistem və şəbəkələrin idarə edilməsi şöbəsinin böyük mütəxəssisi vəzifəsinə vakansiya elan edir.

Fins.az-ın məlumatına görə, bankın vakansiya ilə bağlı vəzifə öhdəlikləri və tələbləri təqdim olunub.

Vəzifə öhdəlikləri:

Serverlərdə və sistemlərdə yaranmış nasazlıqların aradan qaldırılması
Kompüterlərdə yaranmış nasazlıqların aradan qaldırılması
Serverlərin, sistemlərin və digər avadanlıqların monitorinqi
Məlumatların arxivləşdirilməsinin təşkili
Yeni texnoloji sistemlərə tələblərin araşdırılması
Yeni texnoloji sistemlərin quraşdırılması və sazlanması

Namizədə tələblər:

Yaş həddi: 22 - 35
Müvafiq sahədə ali təhsil (riyaziyyat, tətbiqi riyaziyyat, informatika, kibernetika, kompüter mühəndisliyi və s.)
Azərbaycan dilində səlis danışıq və qrammatik cəhətdən düzgün yazı yazma bacarığı
İngilis və Rus dili bilikləri (orta səviyyədə)
Windows server əməliyyat sisteminin idarəedilməsi üzrə nəzəri və praktiki biliklər
Linux əməliyyat sistemləri üzrə nəzəri və praktiki biliklər
Routung, VLAN, VPN,  DNS, Active Directory, Group Policy, İİS, WSUS, Terminal Services, Mail server və sair üzrə nəzəri və praktik biliklər
Virtuallaşdırma texnologiyaları (Vmware vSphere, ESXi) üzrə nəzəri və praktiki biliklər
Məlumatların, sistemlərin və avadanlıqların arxivləşdirilməsi üzrə nəzəri və praktik biliklər
Storage avadanlıqları ilə işə dair nəzəri biliklər
Bu sahədə iş təcrübəsi olan namizədlərə üstünlük verilir.

Tel: 510-79-11/22