VAKANSİYA

27 Mart

Kapital Bank VAKANSİYA elan edir

''Kapital Bank'' ASC Prosessinq şöbəsinin mütəxəssisi (Linux administrator) vəzifəsinə vakansiya elan edir.

Fins.Az-ın məlumatına görə, bankın vakansiya ilə bağlı öhdəlikləri və tələbləri təqdim olunub.

Öhdəliklər:

Prosessinq Mərkəzi üçün rəhbərliyin təklif etdiyi standartlar əsasında proqram təminatının tətbiqi;
Bilavasitə rəhbərinin göstərişlərinin, təlimatlarının və tapşırıqlarının keyfiyyətli və vaxtında yerinə yetirilməsi;
Prosessinq proqram təminatının inkişafı üzrə biznes tələblərin ekspert təhlili;
Prosessinq Mərkəzinin fasiləsiz, təhlükəsiz fəaliyyətinin və səmərəli istifadəsinin təmin edilməsi;
MasterCard və VISA Beynəlxalq Ödəniş Sistemləri texnologiyalarının tətbiqi;
Texniki sənədlərin hazırlanması;
MasterCard və VISA Beynəlxalq Ödəniş Sistemlərinin tələblərinə və iş texnologiyalarına, maliyyə tranzaksiyaları standartlarına (ISO8583) uyğunluğunun nəzarətdə saxlanılması və s.

Tələblər:

Ali təhsil;
Sahə üzrə minimum 1 il iş təcrübəsi;
Vahid komandada işləmək qabiliyyəti;
Gərgin əmək şəraitində işləmək qabiliyyəti;
Məsuliyyətli, diqqətli olmaq.

Əgər təklifimiz Sizə maraqlıdırsa, //hr.kapitalbank.az/ portalımızdan qeydiyyat keçərək və yaxud [email protected] email ünvanına CV göndərərək vakansiyamıza müraciət eləyə bilərsiniz.