VAKANSİYA

14 Mart

Middle Back End Developer VAKANSİYA

PASHA Bank Middle Back End Developer vəzifəsinə vakansiya elan edir.

Fins.az-ın məlumatına görə, bankın vakansiya ilə bağlı öhdəlikləri və tələbləri təqdim olunub.

İşiniz nədən ibarətdir?

Məhsul yaradılmasına töhfə verilməsi, öz kod və qərarları ilə həll təklifi, biznes dəyərlərini çatdırmaq üçün “backend” mühəndislik praktikasının gücləndirilməsi;
Komandada digər “backend” proqramçıları idarə etmək, qrup rəhbərinin tələbi əsasında onların lazımi bilik və təcrübə əldə etməsi üçün təşəbbüskarlıq;
Rəqəmsal məhsulların yaradılmasına imkan verən davamlı, təhlükəsiz, cəld proqram hazırlamaq üçün “backend” proqram çərçivələrindən istifadə;
Jurnal hesabatının aparılması, daxili verilənlərin yaradılması, verilənlər bazasının inteqrasiyası və verilənlərin idarəedilməsi;
Bulud hesablama inteqrasiyalarını, davamlı inteqrasiya və yerləşdirmə və digər bulud texnologiyalarının idarəedilməsi;
“Backend” yaradılma prinsip və prosedurlarını tətbiq edərkən ölçülə bilən, paylanılan və imtinaya davamlı proqramların yaradılması;
Dəqiqlik və funksionallıq üçün kodların nəzərdən keçirilməsi;
İstənilən maneələri aradan qaldırmaq üçün çətin biznes problemləri üçün texniki həllərin hazırlanması;
“Agile” işləmə yollarının təkmilləşdirilməsi və dəstəklənməsi;
Şöbənin keyfiyyət işləri, sistem qəbul testləri və yoxlama keyfiyyətləri də daxil olmaqla mühəndislik işlərinin təmin edilməsi;
Şöbə fəaliyyətinin şirkətdə mövcud olan daxili prosedur, məxfilik siyasəti və dövlət qanunvericiliyinə uyğun olaraq həyata keçirilməsi;
Bankın daxili qayda, proses, siyasət, o cümlədən, Davranış Məcəlləsi, Maraqlar Münaqişəsi Siyasəti, SƏTƏM-lə əlaqədar təlimatlarına ciddi şəkildə əməl edilməsi və onların pozulmasına görə məsuliyyət.

Sizdən nə tələb olunur?

Təhsil: İnformasiya texnologiyaları, Riyaziyyat və digər müvafiq sahə üzrə Bakalavr təhsili

İş təcrübəsi: Proqram təminatı, mühəndislik sahəsində minimum 5 il

Xarici dil: İngilis

Texniki biliklər:

Java, Kotlin, Golang, Python, Javascript (Node.js) və digər proqramlaşdırma dillərindən hər hansı birini mükəmməl səviyyədə bilmək
Data strukturları və alqoritmlər üzrə biliklər
Obyekt yönümlü proqramlaşdırma üzrə biliklər
Verilənlər bazası üzrə biliklər (RDBMS NoSQL)
Microservice arxitekturası, web servislər üzrə biliklər
Sinxron ve asinxron mesajlaşma texnologiyaları üzrə biliklər (REST, Message Queueing, RPC/gRPC)
Avtomatlaşdırılmış testlər ve CI/CD üzrə biliklər
Containerization və orchestration texnologiyaları üzrə biliklər
Git ilə işləmə bacarığı

Məhsul üzrə biliklər:

JIRA və ya hər hansı digər tapşırıq idarəetmə vasitəsi
Agile metodologiyaları ilə tanışlıq (Scrum, Kanban)
Digər: Yüksək idarəçilik, ünsiyyət və hesabat biliyi bacarıqları

Üstünlük verilir:

Bankçılıq təcrübəsi
Kodun yenidən işlənməsi
Dizayn nümunələri
Dizayn yönümlü inkişaf
Domain yönümlü dizayn
Proqram təhlükəsizliyi