VAKANSİYA

10 Mart

''Kapital Bank'' VAKANSİYA elan edir

''Kapital Bank'' İcra orqanları ilə iş şöbəsində hüquqşünas vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Fins.Az-ın məlumatına görə, bankın vakansiya ilə bağlı öhdəlikləri və tələbləri təqdim olunub.

Öhdəliklər:

  • Problemli kreditlərlə bağlı məhkəmə və digər orqanların qərarlarının icrasını təmin etmək;
  • İşlər üzrə birinci və apellyasiya instansiya məhkəmələrində Bankı nümayəndə qismində təmsil etmək;
  • Əmək müqaviləsi, departamentin Əsasnaməsi, habelə fəaliyyətinə dair digər bankdaxili korporativ aktların müvafiq göstərişlərindən irəli gələn başqa funksiyaları icra etmək.

Tələblər:

  • Ali təhsil (ixtisas – hüquqşünas);
  • Ünsiyyətqurma bacarığı;
  • Dəqiqlik;
  • Təmkinlilik.

Əgər təklifimiz Sizə maraqlıdırsa, //hr.kapitalbank.az/ portalımızdan qeydiyyat keçərək və yaxud [email protected] email ünvanına CV göndərərək vakansiyamıza müraciət eləyə bilərsiniz.