VAKANSİYA

09 Mart

Mikro kreditlərin monitorinqi üzrə mütəxəssis VAKANSİYA

VTB Bank mikro kreditlərin monitorinqi üzrə mütəxəssis müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Fins.Az-ın məlumatına görə, bankın vakansiya ilə bağlı öhdəlikləri və tələbləri təqdim olunub.

Tələblər: 

  • Bank, BOKT, reytinq agentliyi və ya digər maliyyə institutlarında iş təcrübəsi;
  • Bank kreditləşdirilməsi sahəsində biliklər, maliyyə, kredit və portfel təhlilinin aparılması;
  • Kredit, maliyyə, mühasibat uçotu, sənədlərin təhlili, müştərilərin biznes obyektlərinin təhlili sahəsində yüksək biliyə sahib olmaq;
  • Azərbaycan Respublikasının Mərkəzi Bankın normativ aktlarına bələd olma;
  • Azərbaycan dilində səlis danışmaq (rus  dili arzuolunandır);
  • Məsuliyyətlilik, operativlik, ünsiyyətcil olma və komandana işləmək bacarığı.

Vəzifələri:

  • Bankın mikro kredit portfelinin müntəzəm olaraq monitorinq edilməsi;
  • Monitorinqin nəticələrinə əsasən rəylərin və hesabtların hazırlanması;
  • Kreditləşmə lahiyəsində risklərin azaldılması, qarşısının alınması və ya minimallaşdırılması ilə bağlı tövsiyyələrin verilməsi;
  • Müştərilərin maliyyə vəziyyəti ilə bağlı risklərin təhlili;
  • Müştərilərin kreditləşdirilməsinin limitlərinin hesablanması, Mərkəzi Kredit Reyestri ilə iş;
  • Borcalanların yoxlanması/təhlili (telefonla, internet resurslar, biznes subyektinə birbaşa baxış keçirilməsi).

Tələblərə uyğun namizədlərdən şəxsi anket formasını elektron poçt ünvanına göndərmələri xahiş olunur (CV formaları, mövzu hissəsində vakansiyanın adını qeyd etməklə göndərilməlidir).