VAKANSİYA

07 Mart

“Kapital Bank” ünvanda təqib şöbəsinin mütəxəssisi üzrə VAKANSİYA elan edir

“Kapital Bank” ASC namizədləri Ünvanda təqib şöbəsinin mütəxəssisi vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Fins.Az-ın məlumatına görə, bankın vakansiya ilə bağlı öhdəlikləri və tələbləri təqdim olunub.

Öhdəliklər:

  • Gecikmiş kreditlər üzrə borcalanların və zaminlərin qeydiyyat , faktiki yaşayış ünvanlarına və iş yerlərinə səfər olunması;
  • Əlaqə yaratmaq mümkün olmayan borcalanlar və onların zaminlərinin digər əlaqə vasitələrinin əldə olunması;
  • Problemli borcların qaytarılması istiqamətində müvafiq tədbirlər görmək;
  • Problemli müştərilərin maliyyə vəziyyətindən asılı olaraq kreditin restrukturizasiya cəlb edilməsi. 

Tələblər:

  • Danışıq qabiliyyətinin yüksək olması
  • Kompyuterdə işləmək bacarığı
  • Problemli borcalanlar ilə əlaqə yaratmaq bacarığı
  • Dəqiqlik
  • Ünsiyyət bacarığı

Biz Sizə stabil iş yeri, dinamik inkişaf və peşəkar kollektivdə çalışmaq imkanı təqdim edirik! Əgər təklifimiz Sizə maraqlıdırsa, hr.kapitalbank.az portalımızdan qeydiyyat keçərək və ya [email protected] mail ünvanına CV-nizi göndərərək vakansiyamıza müraciət edə bilərsiniz.