VAKANSİYA

09 Fevral

Bank Respublika işçi axtarır – VAKANSİYA

Bank Respublika ASC Menecment İnformasiya Sistemləri şöbəsinin mütəxəssisi/aparıcı/baş mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir.

Ümumi vəzifə öhdəlikləri:

  • Periodik hesabatların hazırlanması (Excel və s. proqramlardan istifadə etməklə);
  • Müvafiq tənzimləyici orqanların normativ aktlarına riayət olunmasına nəzarət.

Namizədə qarşı tələblər:

  • Ali təhsil (maliyyə, iqtisadiyyat və biznesin idarə edilməsi üzrə təhsil arzuolunandır);
  • Analitik qabiliyyətlər;
  • Excel proqramı ilə yüksək səviyyədə işləmə bacarığı (formulalar, məntiqlər, shortcuts və s.);
  • SQL və “Data management”-ə aid digər bacarıqlar arzuolunandır;
  • Azərbaycan dili əla, Rus dili və ya İngilis dili yaxşı səviyyədə arzuolunandır;
  • Sərbəst işgüzar ünsiyyət saxlamaq bacarığı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 23 fevral 2023-cü il tarixinədək email-in mövzu hissəsində MİS üzrə mütəxəssis/aparıcı/baş mütəxəssis qeyd edərək [email protected] elektron ünvanına göndərə bilər. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər.

Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.