VAKANSİYA

16 Yanvar

“Kapital Bank” VAKANSİYA elan edir

Ümumi məlumat

Kapital Bank namizədləri İT İnfrastruktur Departamentinin Sistem və şəbəkənin idarə edilməsi şöbəsində aparıcı mütəxəssis/baş mütəxəssis vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Öhdəliklər

  • Bankın şəbəkə infrastrukturunun sazlanması və idarə olunması;
  • Bankın şəbəkə infrastruktunun təhlükəsizliyinin təmin olunması;
  • Bankın şəbəkə infrastrukturunun sənədləşdirilməsi və mütəmadi yenilənməsi;
  • Bankın şəbəkə infrastrukturunun monitorinqi və nəzarət olunması;
  • Şəbəkə resurslarının daha səmərəli istifadəsi, təkmilləşdirilməsi üçün araşdırmalar aparılması;
  • Şəbəkə infrastrukturunda mövcud olan problemlərin aradan qaldırılmasında iştirak edilməsi və s.

Tələblər

  • İT sahəsində ali təhsil;
  • Şəbəkələrin idarə olunması sahəsində ən azı 3 illik iş təcrübəsi;
  • IS-IS, OSPF və BGP protokollarının sazlanması və idarə olunması;
  • VPN texnologiyaları ilə iş bacarığı (DMVPN, İPSec, RA VPN);
  • Firewallarla iş təcrübəsi (Palo Alto);
  • Cisco İSE ilə iş təcrübəsi;
  • Wireless şəbəkəsi ilə iş təcrübəsi (Cisco WLC, HP WLC);
  • Müxtəlif istehsalçıların şəbəkə avadanlıqları ilə işləmək qabiliyyəti;
  • CCNA Security, CCNP R/S sertifikatı və ya ekvivalent biliyin olması mütləqdir;
  • PCNSA sertifikatı və ya ekvivalent biliyin olması arzu olunandır;
  • SD-WAN və SDA biliklərinin olmağı arzu olunandır.

Əgər təklifimiz Sizə maraqlıdırsa, //hr.kapitalbank.az/ portalımızdan qeydiyyat keçərək və yaxud [email protected] email ünvanına CV göndərərək vakansiyamıza müraciət eləyə bilərsiniz.