VAKANSİYA

16 Yanvar

“Kapital Bank” hüquqşünas vəzifəsinə işçi axtarır - VAKANSİYA

Ümumi məlumat

“Kapital Bank” ASC namizədləri Problemli kreditlərin hüquqi təqibi departamentinin İcra orqanları ilə iş şöbəsində Hüquqşünas vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Öhdəliklər

  • Əmək müqaviləsi, departamentin Əsasnaməsi, habelə fəaliyyətinə dair digər bankdaxili korporativ aktların müvafiq göstərişlərindən irəli gələn başqa funksiyaları icra etmək;
  • Birbaşa rəhbəri, İdarə Heyəti sədri tərəfindən verilən, Müşahidə Şurası və bankdaxili komitələrin qəbul etdiyi qərarlardan, əmək müqaviləsindən, departamentin Əsasnaməsi və fəaliyyətinə dair bankdaxili korporativ aktlardan irəli gələn tapşırıq və sərəncamları qeyd-şərtsiz yerinə yetirmək;
  • Kreditlər üzrə gecikmə müddətinə dair bankdaxili qaydaların tələbinə uyğun olaraq müəyyən edilmiş gündən artlıq gecikməsi olan problemli kreditlər üzrə borcalanlarla danışıqlar apararaq kreditlərin ödənilməsini təmin etmək;
  • Problemli müştərilərin maliyyə vəziyyətindən asılı olaraq kreditin restrukturizasiyanın edilməsinə dair təkliflər vermək;
  • İşlər üzrə birinci və apellyasiya instansiya məhkəmələrində bankı nümayəndə qismində təmsil etmək;
  • Apellyasiya şikayətlərini və apellyasiya instansiyasında digər şikayət və ərizələri hazırlayıb aidiyyatı üzrə göndərmək və s.

Tələblər

  • Ali təhsil (ixtisas – hüquqşünas);
  • İş təcrübəsi – 2 il;
  • Ünsiyyətqurma bacarığı;
  • Dəqiqlik;
  • Təmkinlilik.

Əgər təklifimiz Sizə maraqlıdırsa, //hr.kapitalbank.az/ portalımızdan qeydiyyat keçərək və yaxud [email protected] email ünvanına CV göndərərək vakansiyamıza müraciət eləyə bilərsiniz.