VAKANSİYA

20 Oktyabr

Kapital Bank işçi axtarır – VAKANSİYA

Kapital Bank namizədləri Risklərin idarə edilməsi departamentinin Əməliyyat risklərinin idarə edilməsi şöbəsinin Baş mütəxəssisi vakansiyamıza müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Öhdəliklər

-Əməliyyat risklərinin müəyyənləşdirilməsi və qiymətləndirilməsi işində iştirak edir;

-Əməliyyat risklərinin minimallaşdırılması və qarşısının alınması ilə bağlı rəy verir və bu istiqamətdə həyata keçirilən tədbirlərdə iştirak edir;

-Yaradılan yeni məhsul, xidmət, proseslər, motivasiya sistemləri həmçinin mövcud məhsul,xidmət,proseslər və motivasiya sistemləri üzərində dəyişikliklər üzrə əməliyyat risklərinin müəyyən olunması, Kredit/debit kartı, POS terminal, internett bankçılıq/mobil bankçılıq, E-commerce əməliiyyatları üzrə fraud risklərinin  müəyyən olunması,  minimallaşdırılması və qarşısının alınması ilə bağlı rəy vermək;

-Bankda yazılan yeni normativ sənədlərə, həmçinin mövcud normativ sənədlərə edilən dəyişikliklər üzrə  əməliyyat risklərinin müəyyən olunması, minimallaşdırılması və qarşısının alınması ilə bağlı  rəy vermək;

Tələblər

-Təhsil: Ali iqtisadi və ya maliyyə təhsili

-Təcrübə: bank sektorunda ən azı 4 il, Risk, daxili nəzarət,audit , fraud sahələri üzrə ən azı 2 il iş təcrübəsi,

-Yüksək ünsiyyətqurma qabiliyyəti;

-Analitik təfəkkür və yüksək təhliletmə qabiliyyəti;

-Dil bilikləri: Azərbaycan, İngilis, (əlavə xarici dil bilikləri alqışlanır)

-Bank əməliyyatları və biznes prosesləri barədə biliklər;

-Beynəlxalq praktikada qəbul edilən digər bilik və keyfiyyətlərə malik olması

Əgər təklifimiz Sizə maraqlıdırsa, //hr.kapitalbank.az/ portalımızdan qeydiyyat keçərək və yaxud [email protected] email ünvanına CV göndərərək vakansiyamıza müraciət eləyə bilərsiniz.