VAKANSİYA

18 Oktyabr

PASHA Holding işçi axtarır – VAKANSİYA

PASHA Holding Audit Specialist vəzifəsinə işçi axtarır.

İşin təsviri:

  • Qrup üzrə Audit departamentinin strateji layihələri (siyasətin inkişafı, sistemlərin həyata keçirilməsi və s. istiqamətində) və gündəlik fəaliyyətinin icrasında iştirak;
  • Audit Komitələrinin iclaslarına dəstək/onların tərkibində iştirak;
  • Audit Komitəsinin fəaliyyətinin sənədləşdirilməsi (Audit Komitəsi iclaslarının gündəlik və protokolları və Audit Komitəsinin illik hesabatları);
  • Strateji Aktivlərin Daxili Audit departamentləri tərəfindən Qrup üzrə Audit departamentinə təhvil verilmiş audit fəaliyyətlərində iştirak;
  • Maliyyə və Qeyri maliyyə qruplarının Daxili Audit Departamentlərinə müntəzəm olaraq keyfiyyətin təminatı proqramlarının (Keyfiyyət Təminatı və Təkmilləşdirmə Proqramı) tətbiq edilməsində iştirak;
  • Maliyyə və Qeyri maliyyə qruplarının Daxili Audit Departamentlərinə Audit proqram təminatı ilə bağlı dəstək;
  • Strateji Aktivlərin Daxili Audit Departamentlərinin daxili məlumatlandırma (Whistleblowing) sisteminin tətbiq olunması istiqamətində dəstək;
  • Strateji Aktivlərin Daxili Audit departamentlərinin dəstək məqsədilə təyin edilən digər fəaliyyətlərdə iştirak;
  • Kənar auditorlarla işin koordinasiyası (IFRS FS, MLP və s. üzrə monitorinqdə iştirak);
  • Kənar auditorlarla işin koordinasiyasına Audit Komitəsinə dəstək;
  • Daxili və kənar auditorların birgə həyata keçirdiyi fəaliyyətlərdə iştirak (təyin olunarsa);
  • Qrup üzrə Audit daxilində təyin edilən digər fəaliyyətlərin icrasına dəstək.

Tələb olunan Təhsil, Təcrübə və Bacarıqlar:

  • Müvafiq sahə üzrə bakalavr və ya magistr dərəcəsi;
  • Müvafiq sahədə ən azı 2 il peşəkar təcrübə;
  • Azərbaycan və ingilis dillərinin səlis biliyi (Rus və türk dillərinin biliyi üstünlükdür);
  • CIA, ACCA, CPA, IMA, CISA və CISM sertifikatları;
  • MS Office proqramları biliyi (Audit proqram təminatı ilə peşəkar təcrübə üstünlüdür); 
  • Bankçılıq və/və ya sığorta sahələri üzrə bilik;
  • Əlaqədar sahələrdə və audit funksiyası haqqında ən yaxşı təcrübə haqqında biliklər.

Müraciət etmə qaydaları:

Maraqlanan namizədlərdən aşağıda göstərilən qaydada müraciət etmələri xahiş olunur: 

  • CV [email protected] e-mail ünvanına göndərilməlidir;
  • Mövzu sətrində “Audit üzrə mütəxəssis” qeyd olunmalıdır;
  • CV-lər 15 noyabr 2022-ci il tarixinə qədər göndərilməlidir.

Diqqət: Müraciət edən namizədlərin CV-ləri seçim üçün ilkin baxışdan keçiriləcəkdir. İlkin CV seçimi zamanı qeyd edilən şərtlərə uyğun namizədlər ilə e-poçt və / və ya telefon vasitəsilə əlaqə saxlanılacaqdır.