VAKANSİYA

17 Oktyabr

Express Bank işçi axtarır – VAKANSİYA

Express Bank risklərinin təhlili şöbəsi/mütəxəssis/aparıcı mütəxəssis vəzifəsinə işçi axtarır.

Təsvir:

  • Kredit risklərinin idarəedilməsi metodologiyasının inkişaf etdirilməsi, inteqrasiya edilməsi və davamlılığının təmin edilməsində iştirak etməsi;
  • MB-nın qüvvədə olan qaydalarına uyğun olaraq kreditlərin düzgün və vaxtında təsnifləşdirilməsinin təmin edilməsi;
  • Şöbənin fəaliyyətinə dair həftəlik və aylıq hesabatı hazırlayır və şöbə müdirinə təqdim edir;
  • Mərkəzi Bankın tələbi ilə kredit, bazar, likvidlik və əməliyyat riskləri üzrə hesabatlar təqdim edir;
  • Əsas kredit risk faktorlarının müəyyən edilməsi və monitorinqi, həmçinin təklif olunan həlləri hazırlamaq üçün portfel səviyyəsində məlumatların təhlil edilməsi;
  • Stress-test modellərinin hazırlanması, tətbiq edilməsi, modellərin daimi təkmilləşdirilməsi və nəticələri ilə bağlı hesabatların verilməsi;
  • Bank risklərin təhlili prosesində lazımi hesabatlıqların tərtib edilməsi, əsas risk indikatorlarına dair məlumatların toplanması və analizlərin həyata keçirilməsi;
  • Filial və baş ofis struktur bölmələrində aparılan biznes proseslərin qiymətləndirilməsi, risklərin optimallaşdırılması məqsədi ilə monitorinqlər keçirilməsi və təkliflərin verilməsi;
  • Bank risklərinin ölçülməsi və modellərin seçilməsi üzrə təkliflər hazırlayır və tətbiqi prosesində iştirak edir;
  • Şöbənin və Bankın digər strukturların fəaliyyətinə aid prosedur, təlimat və qaydalara rəyin verilməsi;
  • İdarəedici informasiya sistemi və risklərin ölçülməsi modellər ilə bağlı gündəlik, aylıq, rüblük, və illik hesabatların layihəsini hazırlayır;
  • Şöbə müdirinin digər tapşırıqlarını yerinə yetirir.

Tələblər:

  • Ali təhsil;
  • Kredit və ya bazar risklərinin idarə edilməsi sahəsi üzrə 1 ilə qədər təcrübə;
  • Microsoft office proqramları üzrə biliklər;
  • Oracle SQL proqlamlaşdırma dili ilə işləmək bacarığı;
  • Azərbaycan dili səlis, rus və ingilis dili arzu olunandır;
  • Mərkəzi Bankın normativ xarakterli qaydaları üzrə biliklərin yaxşı səviyyədə olması;
  • Komandada işləmə bacarığı;
  • Analitik təhlil və bazar araşdırması sahəsində təcrübəsi olan namizədlərə üstünlük verilir.
  • Uyğun namizədlər keçiddən istfadə edərərk müraciət edə bilərlər.