VAKANSİYA

17 Oktyabr

Araz Supermarket işçi axtarır – VAKANSİYA

Araz Supermarket İnsan Resursları Təlim və İnkişaf üzrə aparıcı mütəxəssis vəzifəsinə işçi axtarır.

Tələblər:

  • Ali təhsil;
  • Təlim və İnkişaf sahəsində minimum 2 il iş təcrübəsi;
  • MS Office bilikləri (MS Excel və MS Power Point yaxşı səviyyədə);
  • Məsuliyyətlilik, planlama və təşkiletmə, əməkdaşlıq, effektiv ünsiyyət, təqdimetmə,problem həll etmə bacarığı;
  • Təlim, öyrənmə və inkişaf sahəsində nəzəri və praktiki biliklər.

Vəzifə öhdəlikləri:

  • Şirkət əməkdaşlarının təlim ehtiyaclarını müəyyən etmək, illik təlim planını hazırlamaq və təşkil etmək;
  • Şirkətdaxili və xarici təlimləri araşdırmaq, təşkil etmək və effektivliyinin qiymətləndirilməsi prosesini həyata keçirmək;
  • Öyrənmə və İnkişaf portalında (LMS) işini təşkili və mütəmadi təkmilləşdirmək;
  • Şirkətdə əmək fəaliyyətinin qiymətləndirilməsi prosesində iştirak etmək;
  • Karyera xəritələrinin hazırlanmasını və tətbiq edilməsini təmin etmək;
  • Kritik vəzifələr və davamçı proqramını təşkil və təqib etmək;
  • Kritik rollar, davamçılar üzrə fərdi inkişaf planlarını tərtib və icra etmək;
  • Vəzifələr üzrə səriştə bazasının hazırlanması prosesində iştirak etmək;
  • Vəzifə dəyərləndirmələri üzrə imtahanları təşkil etmək və icra etmək;
  • Təlim və İnkişaf fəaliyyətləri üzrə mütəmadi hesabatlar hazırlamaq, təhlillər həyata keçirməkdə dəstək olmaq.

Təminatlar:

  • Nahar ilə təmin edilmə;
  • Əmək bazarına uyğun rəqabətli əmək haqqı;
  • 5 günlük iş qrafiki;
  • Servis xidməti mövcuddur;

Vakansiya ilə bağlı müraciət etmək istəyənlər “İR Təlim və İnkişaf üzrə aparıcı mütəxəssis” adını mövzu hissəsində qeyd etməklə CV formalarını [email protected] elektron poçt ünvanına göndərə bilərlər.