VAKANSİYA

15 Sentyabr

Kontakt Home işçi axtarır – VAKANSİYA

Kontakt Home Kassir vəzifəsinə işçi axtarır.

Vəzifə öhdəlikləri:

  • Müştərilər tərəfindən ödənilən pul vəsaitlərinin tələb olunan qaydada qəbul edilməsi;
  • Kassadan keçən bütün pul vəsaitlərin, sənədlərin və qiymətlərin izlənilməsi, nəzarətdə saxlanılması və hesabatının aparılması;
  • Nağdsız və Nağd pul vəsaitlərinin təhlükəsiz şəraitdə saxlanmasını və müvafiq struktur əməkdaşlarına təhvil verilməsinin təmin edilməsi;
  • Müştərilərin yönləndirdiyi sualların səlahiyyət çərçivəsində cavablandırılması və ya aidiyyatı üzrə yönəldirilməsi;
  • Yaranan problemlərlə bağlı müvafiq struktur rəhbərlərinin məlumatlandırılması.

Tələblər:

  • Maliyyə və mühasibat sahəsində natamam ali təhsil (Ali təhsil arzu olunandır);
  • Müvafiq sahə üzrə iş təcrübəsi arzu olunandır;
  • Azərbaycan dilini səlis bilməli, rus dilini bilməsi arzu olunandır;
  • Kompüter bilikləri (MS Office, Mikro ERP və 1C proqramları ilə işləmə bacarığı)
  • Aktivlik, çeviklik, ünsiyyətçillik və məsuliyyətlilik.

İş şəraiti:

  • AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
  • İş günləri: 6 iş günü, 1 gün istirahət.

Qeyd olunan tələblərə uyğun namizədlər aşağıdakı linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər.

Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.