PAŞA Bank Data Analitik vəzifəsinə işçi axtarır.
İşiniz nədən ibarətdir?
- BI platformalarının və verilənlər bazası sistemlərinin səmərəli idarəedilməsi;
- Məlumatların tutarlılığı, bütövlüyü, müntəzəm olaraq yenilənməsi, məlumat axınının girişi və təhlükəsizliyinə cavabdehlik;
- Yazılı texniki və funksional sənədlərin hazırlanması;
- “Data Governance” strategiyasına və tətbiq olunmuş sistemlərə əsasən məlumatların istifadəsi üçün (Reportlar, Modellər, Panellər) mürəkkəb arxitekturaya dəstək göstərilməsi;
- Məlumat analizinin hazırlanması üzrə bütün mərhələlərin idarəedilməsi;
- Hesabatlıq sistemlərinin planlanması, inteqrasiyası, layihələndirilməsi və yerleşdirilməsinə cavabdehlik;
- Bank layihələrində məlumatların hazırlanması və istifadə olunması;
- Statistik və analitik hesabatların, məlumat modellərinin və qrafik panellərin hazırlanması;
- Təqdim olunan məlumatların keyfiyyətinin təmin edilməsi;
- Şöbənin fəaliyyətinin şirkətdə mövcud olan daxili prosedurlara, məxfilik siyasətinə və dövlət qanunvericiliyinə uyğun olaraq təşkil edilməsi;
- Bankın daxili qayda, proses, siyasət və təlimatlarına (o cümlədən, Davranış Məcəlləsi, Maraqlar Münaqişəsi Siyasəti, SƏTƏM-lə əlaqədar olan) ciddi şəkildə əməl etmək və onların pozulmasına görə cavabdehlik;
- Hər hansı qəza, insident və təhlükəli hallar barəsində dərhal rəhbərin məlumatlandırılması;
- Birbaşa rəhbər tərəfindən verilən şifahi və yazılı tapşırıqların icrası.
Sizdən nə tələb olunur?
- Təhsil: Müvafiq sahədə Bakalavr təhsili
- İş təcrübəsi: 3 İl
- Lisenziya / Sertifikat: Oracle PL/SQL proqramları , Oracle Sql Expert, Data Science
- Xarici dillər: İngilis (Əla), Rus (yaxşı)
- Kompüter bilikləri: R, Python, Oracle PL/SQL, Java (Basic) , MS Office Excel
- Məhsul üzrə biliklər: Oracle BI Publisher/ Oracle BI, Oracle FlexCube, Oracle Administration Tool, PL/SQL
- Bazar üzrə biliklər: Bank işi
Uyğun namizədlər keçiddən istifadə edərək müraciət edə bilərlər.