Ferrum Capital Tədqiqat stajçısı vəzifəsinə işçi axtarır.
Namizəddə hansı özəllikləri axtarırıq?
- Ali təhsil (tələbələr, yeni məzunlar);
- Qəbul imtahanında 600+ bal toplamaq;
- İngilis və ya rus dillərini yüksək səviyyədə bilmək;
- Araşdırma bacarığına malik olmaq;
- Araşdırma nəticələrini təqdim edə bilmək;
- Məsələlərə analitik yanaşmaq;
- Texnoloji trendlərdən xəbərdar olmaq;
- MS Office və Google Tool-larından istifadə edə bilmək.
Təcrübə proqramı dövründə hansı işlər görüləcəkdir?
- Yeni satış məhsulların yaradılması ilə bağlı müxtəlif araşdırılma və tədqiqat işlərini aparmaq;
- Satış proseslərinin təkmilləşdirilməsi və satışın inkişafı strategiyasının hazırlanmasında iştirak etmək;
- Gələcək satış və marketinq planlarımızı istiqamətləndirmək üçün müştərilər, satış meylləri, məhsullar və xidmətlər haqqında məlumat toplamaq və təkliflər hazırlamaq.
Təcrübə proqramı ərzində əldə edə biləcəyiniz fürsətlər:
- Gənc və peşəkar kollektivdə təcrübə toplamaq imkanı;
- Tövsiyə məktubu;
- Yekunda nəticəsi yüksək olan şəxslərin işə qəbul imkanı.
Zəhmət olmasa CV-nizi mövzu hissəsində “Research intern” qeyd etməklə [email protected] e-mail ünvanına göndərəsiniz. Növbəti mərhələ üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq