VAKANSİYA

07 Sentyabr

Kapital Bank işçi axtarır – VAKANSİYA

Kapital Bank namizədləri İT İnfrastruktur Departamentinin Texniki Dəstək Şöbəsinin Baş mütəxəssisi vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Öhdəliklər

  • SWIFT sistemi üzrə banklararası ödəniş sisteminin proqram və fiziki səviyyədə normal fəaliyyət göstərməsinə nəzarət etmək;
  • SWIFT sisteminin məlumat və xidmət bazasının mütəmadi olaraq arxivləşdirirlməsini təmin etmək;
  • SWIFT sistemi üzrə şəxsi profaylların düzgün istifadəsinə nəzarət etmək;
  • SWIFT sistemində yaranan bütün növ problemləri və aşkar olunan nöqsanları aradan qaldırmaq üçün lazımi bütün vasitələrdən istifadə etmək, bu barədə departamentin direktoruna vaxtında məlumat vermək;
  • SWIFT cəmiyyəti tərəfindən göndərilən hər hansı proqram dəyişiliklərini rəhbərliyi xəbərdar etməklə vaxtında tətbiq etmək;
  • SWIFT sisteminin məlumat və xidmət bazasının mütəmadi olaraq arxivləşdirilməsini təmin etmək;
  • Məlumat mübadiləsi ilə məşğul olan departamentlərin sorğusu əsasında  arxivləşdirilmiş məlumatları “restore” etmək;
  • Hər il Beynəlxalq təşkilatın tələbi ilə bütün növ ödəniş standartlarının  tərkibində dəyişiklik etmək (upgrade Message Standarts);
  • Primary, Backup və Göyçay şəhərində yerləşən ehtiyat 3-cü serverdə vaxtaşırı hər növ proqramdaxili araşdırma aparmaq;
  • Bankın Komplayens departamentinin iş fəaliyyətində istifadə olunan  SWIFTREF proqram təminatında da hər hansı yenilik və ya problem yaranan zaman vaxtında araşdırma aparmaq;
  • Swift sistemindən istifadə edən bütün istifadəçilərin sistemlə əlaqədar hər hansı problem yaranan zaman lazımi köməklik göstərmək;
  • XÖHKS proqram təminatı üzrə proqram və fiziki səviyyədə normal fəaliyyət göstərməsinə nəzarət etmək;
  • TAX Bank proqram təminatı üzrə proqram və fiziki səviyyədə normal fəaliyyət göstərməsinə nəzarət etmək;
  • Birbaşa rəhbəri, İdarə Heyəti sədri tərəfindən verilən, Müşahidə Şurası və bankdaxili komitələrin qəbul etdiyi qərarlardan, əmək müqaviləsindən, departamentin Əsasnaməsi və fəaliyyətinə dair bankdaxili korporativ aktlardan irəli gələn tapşırıq və sərəncamları qeyd-şərtsiz yerinə yetirmək.

Tələblər

  • Ali təhsil;
  • Bu sahədə 2 ildən az olmayan iş təcrübəsi;
  • Kompüter biliyi;
  • Dil bilikləri:Azərbaycan dili, rus və ingilis dilləri arzuolunandır;
  • Beynəlxalq praktikada qəbul edilən digər bilik və keyfiyyətlərə malik olması.

Əgər təklifimiz Sizə maraqlıdırsa, //hr.kapitalbank.az/ portalımızdan qeydiyyat keçərək və yaxud [email protected] email ünvanına CV göndərərək vakansiyamıza müraciət eləyə bilərsiniz.