Veysəloğlu Şirkətlər Qrupu İT Siyasətlərin və Proseslərin İdarəedilməsi Mütəxəssisi vəzifəsinə işçi axtarır.
Vəzifə öhdəlikləri:
- Şirkətdə İT idarəçiliyinin təmini üzrə siyasət və prosedurları, prosesləri və beynəlxalq standartları tətbiq etmək;
- İT idarəçiliyinin, risklərinin və nəzarətinin qurulmasında iştirak etmək və optimallaşdırılması üzrə təkliflər vermək;
- Vaxt, büdcə və keyfiyyət hədəflərini nəzərə alaraq işin təhlilini aparmaq, planlaşdırılmasını, icrasını və qiymətləndirməsini təşkil etmək;
- Şirkətdə informasiya və rəqəmsallaşmış biznes proses risklərinin qiymətləndirilməsində iştirak etmək.
- Cəlb olunduğu İT layihələrdə şöbənin cavabdehlik daşıdığı məsələləri koordinasiya etmək.
Tələblər:
- Ali təhsil;
- Müvafiq sahə üzrə minimum 2-3 il iş təcrübəsi;
- İT idarəçiliyi üzrə siyasət və prosedurları işləyib hazırlama bacarığı;
- CRISC, CGEIT, ITIL, COBIT 5 və İSO27001:2013 bilikləri və tətbiq etmə qabiliyyəti;
- Yüksək səviyyədə MS Office bilikləri;
- Azərbaycan və ingilis dili bilikləri;
- Analitik təhlil, çevik qərarvermə, təşkilatçılıq və komandada işləmə bacarığı.
Karyerasını bizimlə davam etmək istəyən namizədlər mövzu hissəsində “İT Siyasətlərin və Proseslərin İdarəedilməsi Mütəxəssisi” yazmaqla, öz CV-lərini [email protected] mail adresinə göndərə bilərlər.