VAKANSİYA

29 İyul

Norm işçi axtarır – VAKANSİYA

Norm Ofis işləri üzrə köməkçi vəzifəsinə işçi atarır.

İş yeri: Şəhər ofisi

Tələblər: 

  • Ali bakalavr təhsili 
  • Əlaqədar sahədə 1-2 il iş təcrübəsi 
  • İngilis dilinin orta səviyyədə biliyi
  • MS office (Word, Excel, PowerPoint, Outlook) proqramlarından istifadə bacarığı

Tələb olunan kompetensiyalar:

  • Müştəriyönümlülük
  • Əməyin mühafizəsi qaydalarından xəbərdar olma
  • Bütövlük
  • Yenilikçilik

Əsas vəzifə və öhdəliklər:

  • Şirkətə gələn ziyarətçi və qonaqları salamlayır, onlara yardım edir və yönləndirir
  • Daxil olan bütün telefon zənglərini müvafiq qaydada qəbul edir, yönləndirir, tələb olunduqda qeydlər aparır və aidiyyati şəxslərə çatdırır 
  • Karğüzarlıq işlərinin, sənədlərin və kompüter vasitəsilə göndərilən məlumatların təşkil edilməsi və saxlanılması
  • Şirkət tərəfindən bağlandığı müqavilələrin, razılaşmaların və sair əqdlərin, habelə digər hüquqi sənədlərin şirkətin kargüzarlığı üzrə ümumi elektron bazasına daxil edilməsi və həmin sənədlərin saxlanması üçün müvafiq tədbirlərin görülməsi
  • Şirkətə daxil olan məktubların qeyd edilməsi və həmin məktubların surətlərinin əlaqəli işçiyə verilməsi
  • Şirkətdən gedən bütün rəsmi məktubların qeydiyyatının aparılması və müvafiq ünvanlara göndərilməsi

CV-ni müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu xanasında qeyd etməklə [email protected] mail adresinə göndərməyiniz xahiş olunur.

Fayl adı uyğun olmayan və müraciət edilən vəzifənin adı qeyd olunmayan CV-lərə baxılmayacaqdır.

CV-lərin təqdim olunması üçün son tarix: 05.08.22.