“Bank Respublika” ASC Təsərrüfat departamentinə “Xadimə” vəzifəsi üzrə vakansiya elan edir.
Ümumi vəzifə öhdəlikləri:
- Banka aid olan ofisdə təmizlik işlərinin həyata keçirilməsi;
- İş vaxtı ərzində təmizliyin təmin edilməsi.
Namizədə qarşı tələblər:
- İş təcrübəsi: aidiyyatı sahə üzrə iş təcrübəsi arzuolunandır;
- Dil bilikləri: Azərbaycan dili əla;
- Təmizkarlıq, punktuallıq, çalışqanlıq və dürüstlük;
- Komandanın bir üzvü olmaq üçün, yeni iş mühiti və kollektivə tez uyğunlaşmaq bacarığı.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 6 May 2022-ci il tarixinədək email-in mövzu hissəsində Xadimə qeyd edərək [email protected] elektron ünvanına göndərə bilər. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər.
Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.