VAKANSİYA

01 May

PASHA Holding işçi axtarır – VAKANSİYA

PASHA Holding Auditor vəzifəsinə işçi axtarır.

İşin təsviri:

  • Təsdiq olunmuş İllik Audit Planına  və Audit Komitəsinin  tapşırığına əsasən audit, sonrakı audit və xüsusi audit layihələrinin həyata keçiririlməsində iştirak etmək;
  • Nəzarət çatışmazlıqları aşkar etmək üçün orta çətinlikdə olan audit prosedurların həyata keçirilməsində iştirak etmək;
  • Audit Layihəsi çərçivəsində müəyyən tutulmuş sahə audit prosedurları həyata keçirmək (audit obyektindən məlumatı toplamaq, əldə olunan məlumatı təhlil etmək və s.) və aşkar olunmuş çatışmazlıqlar haqqında layihə rəhbərinə vaxtaşırı məlumat vermək;
  • Sahə işi zamanı aparılmış təhlillər və müsahibələr barədə yazılı iş sənədi hazırlamaq;
  • Aşkar olunmuş nöqsan və çatışmazlıqların aradan qaldırılması üçün Şirkətin rəhbərliyi tərəfindən hazırlanmış tədbirlər planın icrasının monitorinqini keçirmək;
  • Audit üzrə iş və vaxt bölgüsü hesabatının (Retain management) hazırlanmasında iştirak etmək;
  • Layihə rəhbərii və ya Daxili Audit Departamentinin direktoru tərəfindən həvalə olunan digər tapşırıqları səlahiyyət çərçivəsində yerinə yetirmək.

Tələb olunan Təhsil, Təcrübə və Bacarıqlar:

  • Ali iqtisadi və ya hüquqi təhsil  (ali təhsil digər ixtisaslar üzrə olduqda əlaqədar sahələrdə minimum dörd illik təcrübə);
  • Müvafiq sahədə iş təcrübəsi: 1 ildən artıq; 
  • CIA / CFSA / ACCA / CPA / CIMA / CISA / CFA (L1) müvafiq peşəkar kvalifikasiyalı namizədlərə üstünlük veriləcək;
  • Audit sahəsinə aid biliklər;
  • Analitik bacarıqlar, ünsiyyət qurma bacarıqları; 
  • Kompüter savadlığı və müvafiq proqram təminatı (MS Windows məhsulları üzrə) ilə işləmək baçarığı.
  • Ezamiyyələrdə iştirak etmək imkanı.
  • Azərbaycan və ingilis dillərini işgüzar səviyyədə mükəmməl bilməli.

Müraciət etmə qaydaları:

Maraqlanan namizədlərdən aşağıda göstərilən qaydada müraciət etmək xahiş olunur:

  • Mövzu sətrində “PI-Auditor” qeyd olunmalıdır;
  • CV-lər 25 may, 2022-ci il tarixinə qədər göndərilməlidir.

Diqqət: Müraciət edən namizədlərin CV-ləri seçim üçün ilkin baxışdan keçiriləcəkdir. İlkin CV seçimi zamanı qeyd edilən şərtlərə uyğun namizədlər ilə  [email protected] e-poçt və / və ya telefon vasitəsilə əlaqə saxlanılaraq müsahibəyə dəvət ediləcəklər