VAKANSİYA

29 İyul

Sumqayıt Texnologiyalar Parkı işçi axtarır – VAKANSİYA

“Sumqayıt Texnologiyalar Parkı” MMC Kommersiya üzrə menecer vakansiyası elan edir.

2012-ci ildən bazarda fəaliyyət göstərən STP MMC, bölgədəki ilk və ən böyük Texnoparkdır. Özündə bir çox biznes vahidi və müştərək müəssisələri birləşdirən STP MMC, “Made in Azerbaijan” brendi altında istehsal etdiyi məhsullarla yerli və dünya bazarında layiqli yer tutur.

Özünə inamlı, peşəkar və inkişafa meyilli namizədləri komandamıza qoşulmağa dəvət edirik.

Əsas tələblər:

- STP-nin biznes strukturları arasında Kommersiya fəaliyyətlərinin həyata keçirilməsinə cavabdehlik;
- Ümumi və fərqli seqmentlər üçün ticarət strategiyasının müəyyənləşdirilməsi;
- Güclü satış komandasının yaradılması və idarə edilməsi;
- Əməliyyatlara rəhbərlik və komanda fəaliyyətinə nəzarət;
- Hədəflərin müəyyənləşdirilməsi və Performans göstəricilərinin qiymətləndirilməsi;
- Müştəri məmnuniyyətinin təmini üçün çarpaz satış mexanizminin təmini;
- Bazarlara giriş strategiyalarının hazırlanması və icrası kimi İxrac əməliyyatlarına rəhbərlik;
- Müştəri əsaslı təşkilati düşüncə tərzinə sahib olmaq.

Bizim üçün uyğun namizəd:

- Ali təhsilli olmalı;

- İstehsalat sahəsində Satış və ya Kommersiya rəhbəri kimi minimum 3-5 illik iş təcrübəsi
- Güclü satış və kommunikasiya bacarıqları
- Problem həll etmə və qərar qəbul etmə qabiliyyətləri;
- Güclü liderlik bacarıqları və Üst rəhbərlik səviyyəsində daimi iş əlaqələrini davam etdirmək bacarığı;
- Mükəmməl ünsiyyət bacarıqları;
- Güclü analitik və struktur düşüncə qabiliyyətləri;
- Yüksək səviyyədə hesabatlıq qabiliyyəti;
- Azərbaycan, rus və ingilis dillərindən sərbəst istifadə bacarığı

Nə əldə edəcəksiniz?

- Azərbaycanın qeyri-neft sektorunun ən böyük sənaye müəsisəsində iş təcrübəsi;
- Şəxsi inkişaf və karyera imkanları;
- Peşəkar mühitdə yüksəliş və inkişaf imkanları.

Əlavə məlumat:

- Şirkət tərəfindən naharla və nəqliyyatla təmin edilmə;
- İş yeri Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşir.

Yuxarıda göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsində “Kommersiya meneceri” yazaraq 01.09.2021 tarixinədək [email protected] elektron poçtuna göndərmələri xahiş olunur.