VAKANSİYA

06 İyul

ADY Ekspress işçi axtarır – VAKANSİYA

Şirkət: “ADY Ekspress” MMC
Vəzifə: Logistika üzrə kiçik mütəxəssis
İş yeri: Bakı şəh., Xətai Biznes Mərkəzi

Öhdəliklər:

• Müştərilər tərəfindən göndərilən sorğunun operativ və dəqiq cavablandırılması;
• İdxal-ixrac, tranzit və daxili daşınan yüklər üzrə tarifləri hesablamaq;
• Yerli və xarici daşıma şirkətləri ilə istər müştəri, istərsə də partnyor qismində cəlb edilməsi məqsədilə danışıqlar aparmaq;

Tələblər:

• Ali təhsil (universitetə giriş balı 500-dən yuxarı olanlara üstünlük veriləcək);
• Azərbaycan və rus-dilində sərbəst danışıq və yazma bacarığı, ingilis-dilini bilənlərə üstünlük veriləcək;
• Riyazi və coğrafi bilik, dəqiqlik, araşdırma qabiliyyəti, analitik və məntiqi düşüncə;
• Microsoft Office proqram təminatından istifadə qabiliyyəti;
• Tez mənimsəmə qabiliyyəti, öyrənmək və özünü inkişaf etdirməyə meyllilik;
• İş təcrübəsinin olması vacib deyil.

Xahiş olunur CV-lərinizi 30 İyul 2021-ci il tarixinədək e-poçtun mövzu (“subject”) hissəsində “Logistika üzrə kiçik mütəxəssis” qeyd etməklə [email protected] adresinə göndərəsiniz.

Xahiş edirik, nəzərə alasınız ki, yalnız seçilən namizədlərlə əlaqə saxlanılacaq.