VAKANSİYA

29 İyun

Kristal Abşeron işçi axtarır – VAKANSİYA

PLANLAMA MÜHƏNDİSİ

Şirkət: “Kristal Abşeron” MTK

Müqavilə: Əmək müqaviləsi
Əmək haqqı: Namizədin bilik, bacarıq və təcrübəsinə əsasən razılaşma yolu ilə təyin olunacaq.

Tələblər:

- Dil bilikləri: Azərbaycan dili ( Rus,İngilis dili proqramlar və inşaat terminləri üzrə bilməli üst səviyyə olaraq isə arzuolunandır)
- Ali təhsil; (İnşaat və ya layihə idarəetməsi üzrə)
- Analoji sahədə ən azı 2 il iş təcrübəsi;
- MS Office,Autocad, MS Project ( İş Sürətinin yavaş davam etməməsi üçün hər bir proqramda qısa yollara kifayət qədər hakim olmalı )
- Primavera bilməsi üstünlükdür
- Ən az bir layihə bitirməli, layihənin əvvəlindən sonuna bütün inşaat prosedurlarına bələd olması tələbdir

Vəzifələr:

- Layihə üzrə görülən işlərin günlük və həftəlik planının hazırlanması;
- Görülmüş işlər üzrə aylıq və həftəlik hesabatların hazırlanıb Baş Layihə Rəhbərinə ötürülməsi;
- Həftəlik və aylıq hesabata əsasən inkişaf proqramının hazırlanması və MS Project proqramına daxil edilməsi və yenilənməsi;
- Həftəlik inkişaf proqramı üzrə planlama iclaslarında iştirak etmək;
- Gecikmələrin səbəblərinin müəyyən edilməsi və bu səbəblərin aradan qaldırılması üçün İnşaat mühəndisləri ilə müzakirə aparmaq; Həmçinin materialların sifariş planları və gecikmələrinə nəzarətin edilməsi;
- Görülən işlərə dəyən ziyanın müəyyən edilməsi və tələbnamənin hazırlanması;
- İnşaat üzrə texnoloji ardıcıllıqlar və iş adamsaat normativlərini bilməli;
- Problem həll etmə, analitik düşünmə qabiliyyəti, işgüzar ünsiyyət bacarığı;

Zəhmət olmasa, müraciət etdiyiniz vəzifənin adını [email protected] email ünvanına mövzu hissəsində “Planlama mühəndisi” şəklində qeyd edərək göndərməyiniz xahiş olunur.

Yalnız seçim tələblərinə uyğun olan namizədlər müsahibəyə dəvət ediləcəkdir.