VAKANSİYA

29 İyun

UniBank işçi axtarır – VAKANSİYA

UniBank Elektron əməliyyatların monitorinqi (EƏM) və Anti-Frod üzrə Layihə Meneceri vəzifəsinə işçi axtarır.

Vəzifə öhdəlikləri:

• Əməliyyatların izlənilməsi və anti-frod işlərinin aparılması üçün qrup işinin təşkili (beynəlxalq ödəmə sistemlərinin mövcud qaydalarına uyğun olaraq);
• KPI-larin tətbiqinə nəzarət;
• İşçilər üçün təlimlərin hazırlanması və keçirilməsi (problemli sahələrin müəyyənləşdirilməsi, modernləşdirmə / skriptin yazılması);
• Layihə işçiləri üçün motivasiya bonus sistemlərinin işlənib hazırlanması;
• Problemli vəziyyətlərə operativ reaksiya və onların həlli.
Tələblər:

• Təhsil: Ali (İqtisadiyyat və maliyyə fakültəsini bitirən şəxslərə üstünlük verilir);
• Bank sektorunda, əməliyyatların monitorinqi və ya anti-frod işlərinin izlənilməsi istiqamətində 1 ildən çox iş təcrübəsi;
• Bank ödəniş kartlarının internet vasitəsi ilə əldə edilməsi sahəsində 1 ildən çox iş təcrübəsi;
• Maliyyə tələblərinin işlənməsi (geri ödəniş) ilə əlaqəli tənzimləyici sənədləri və Beynəlxalq ödəmə sisteminin qaydalarını bilmək;
• İngilis dili biliyi - Upper Intermediate və daha yüksək;
• Yüksək məsuliyyət, analitik düşüncə.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər (vəzifənin adını email-ın mövzu hissəsində (Elektron əməliyyatların monitorinqi (EƏM) və Anti-Frod üzrə Layihə Meneceri ) göstərməyiniz xahiş olunur).