VAKANSİYA

21 İyun

Mətanət A işçi axtarır – VAKANSİYA

“Mətanət A” şirkəti Satınalma mütəxəssisi vakansiyanı elan edir.

İşin təsviri:

- Şirkətin bütün struktur və bölmələrinin fasiləsiz təchizat təminatının həyata keçirilməsi;
- Avadanlıq, mal-material, ehtiyat hissələri, kompyuter və elektrik avadanlıqları və xidmət tədarükçülərinin axtarışı, təhlili və seçimi;
- Təkliflərin düzgün analiz olunması və müqayisəsinin təşkili;
- Çatdırılmanın, logistika və nəqliyyat nəzarətinin təşkili;
- Alınan malların keyfiyyətinə nəzarət.

Əmək haqqı: Razılaşma yolu ilə.

İş şəraiti:

- İş saatı: 09-00-dan 18-00-dək;
- İstirahət: Şənbə və bazar günü.

Tələblər:

- Yaş həddi: 23-45

- Təhsili: Ali təhsilli;
- İş təcrübəsi: Minimum 2 il
- Dil bilikləri: Rus və İngilis dilini bilənlərə üstünlük verilir;
- Kompüter biliyi: Word, Excell, Internet Explorer.

Əlavə Tələblər:

- Satınalma və təchizat sahəsində təcrübə (texniki biliyi olan, IT avadanlığı və hissələrin, elektrik və elektronik malların və onların ehtiyat hissələrinin alışı təcrübəsi olanlara üstünlük verilir);
- Yaxşı analitik və ünsiyyət bacarıqları, danışıqların aparılma bacarıqları;
- Qiymətlərin formalaşdırılması metodları və strategiyasını bilməli;
- Satınalma sənədlərini hazırlama qabiliyyəti;
- Satınalma müqavilələri ilə işləmə bacarığı;
- Yüksək məhsuldarlıq və irihəcmli informasiyalarla işləmə qabiliyyəti;
- Xarici və daxili ezamiyyətlərə getmə imkanı.

Qeyd

- İşçi işin funksiyasından asılı olaraq müvafiq sınaq müddəti nəzərə alınmaqla işə qəbul olunur;
- Anket məlumatlarına yanlış və qeyri-düzgün məlumatlar daxil etdiyi aşkar olunan şəxslər işə götürülmürlər;
- CV-ləri [email protected] ünvanına göndərin.