VAKANSİYA

21 İyun

Zeytun Pharmaceuticals işçi axtarır – VAKANSİYA 

Zeytun Pharmaceuticals Müştəri Xidməti üzrə əməliyyatçı vəzifəsinə işçi axtarır.

Tələblər:

∙ Ali təhsil
∙ Müştəri xidməti üzrə 1 ildən az olmayan iş təcrübəsi (Əczaçılıq sferasında olması üstünlükdür)
∙ Microsoft Office proqramlarından sərbəst istifadə bacarığı
∙ 1C proqram üzrə bilikləri (arzuolunandı)
∙ Azərbaycan dili və rus dilində sərbəst danışıq qabiliyyəti

Vəzifə öhdəlikləri:

∙ Gündəlik planın yerinə yetirilməsi;
∙ Müraciətlərə əsasən tibbi preparatlar, həblər, məlhəmlər və tibbi ləvazimatlar barədə ətraflı məlumat verilməsi;
∙ Satışın stimullaşdırılması məqsədi ilə müvafiq tədbirlərin görülməsi;
∙ Tələbat olan məhsul anbara daxil olduqda müraciət etmiş apteklərə təlimata uyğun olaraq məlumat verilməsi;
∙ Satışın artırılması , işçilərin müştəri xidməti sahəsi üzrə yeni bilik və bacarıqlara yiyələnməsi məqsədi ilə müvafiq təlimlərdə iştirak edilməsi;
∙ Müntəzəm yenilənən təlimat və prosedur-qaydalarla tanış olunması və riayət edilməsi;
∙ Müştəri məmnuniyyəti sorğularının keçirilməsi;

İş şəraiti:

∙ İş yeri: DEPO (Oktay Vəliyev 21C, Baki şəhəri, NZS qəsəbəsi)
∙ 6 günlük iş həftəsi;
∙ Nahar şirkət tərəfindən təmin olunur;
∙ Tibbi sığorta ilə təmin olunma;
∙ Əmək haqqı 300-600 manat.

Qeyd olunmuş tələblərə cavab verdiyiniz halda CV- nizi [email protected] elektron ünvanına göndərin.
Xahiş olunur CV-nizi göndərdikdə “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyd edəsiniz.