VAKANSİYA

29 Aprel

\"Unibank\" işçi axtarır

Unibank Maliyyə effektivliyinin idarəedilməsi şöbəsinin mütəxəssisi vəzifəsinə işçi axtarır.

Öhdəliklər:

• Biznes blokları və məhsular üzrə xərclərin bölüşdürülməsi üzrə ən yaxşı təcrübələrin tətbiqi. Activity-based costing kimi xərclərin bölüşdürülməsi alətlərinin istifadəsi.
• Biznes bloklarının və məhsullarının effektivlik təhlilinin aparılması. Rəhbərliyə hesabat və tövsiyələrin təqdim edilməsi.
• Əsas fəaliyyət göstəricilərinin (KPI) və variasiya hesabatlarının təhlili.
• Qərarqəbuletmə məqsədi ilə maliyyə təhlili və maliyyə modellərinin yaradılması/mükəmməlləşdirilməsi.
• Qiymətləndirmə, planlaşdırılma və proqnozlaşdırmaya dəstək məqsədli maliyyə modellərinin yaradılması (çoxsaylı layihə və məhsullar üzrə).
• Layihə büdcələşməsi və xərclərinin planlaşdırılmasında dəstək.
• Maliyyə modelləşməsi üzrə güncəl texniki biliklər və bazar trendlərindən məlumatlı olmaq.

Namizədə tələblər:

• Maliyyə modelləşdirilməsi üzrə biliklər
• Güclü analitik və məlumat toplama bacarığı
• Yüksək səviyyədə excel bilikləri
• Data query/data management alətləri ilə təcrübəyə üstünlük verilir (Access, SQL)

Göstərilən tələblərə cavab verən namizədlər email-ın mövzu hissəsində Maliyyə effektivliyinin idarə edilməsi şöbəsinin mütəxəssisi göstərməklə öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilər və ya //unibank.az/az/hrsnew/vacanciesHrm/232 linkinə keçid edib vakansiyaya müraciət edə bilər.