VAKANSİYA

29 Aprel

\"Atəşgah Sığorta\" işçi axtarır

«Atəşgah» Sığorta Şirkəti İllustrasiya və qrafik üzrə dizayner vəzifəsinə işçi axtarır.

Namizədə tələblər

• Yaş: 20-30
• Cinsi: kişi
• Təhsil: Ali
• Dil bilikləri: Azərbaycan dili (əla), Rus dili (əla)
• İş təcrübəsi: marketinq, dizay sahəsində olanlara üstünlük verilir

Əsas vəzifə öhdəlikləri

• Kreativ briflərə əsasən biznesin tələblərinə uyğun dizayn konsepti hazırlamaq
• Brendin vizual tətbiq prinsiplərinə görə məsuliyyət daşımaq və qeyd olunan prinsiplərin bütün dizayn və qrafika işlərində tətbiq olunmasını təmin etmək
• Reklam materiallarını (küçə reklamları, mətbuat, sosial media, grafik videolar, çap faylları, web-sayt üçün şəkillər və s.) hazırlamaq, reklam daşıyıcılarına uyğun olaraq ölçüləri dəyişdirmək və tətbiq etmək
• İl ərzində müəyyən olunmuş vaxt çərçivəsində brendin vizual qaydalarına uyğun olaraq layihələri həyata keçirmək Sizdən tələb olunan bacarıq və səriştəliklər
• Komanda işi və əməkdaşlıq
• Son trendlərin izlənilməsi
• Dəqiqlilik
• Kreativlik
• Detallara yönümlülük
• Müştəri yönümlülük
• Nəticə yönümlülük
• Davamlı təkmilləşmə
• Stresə davamlılıq
• Adobe Creative Cloud (Photoshop, Illustrator etc.), CorelDraw proqramlarını bilmək ( Sketch bilikləri üstünlük hesab olunur)
• Dizayn və reklam sahəsində peşəkarlıq

İş şərtləri

• Əmək müqaviləsi bağlanılır
• İş vaxtı 14:00 - 17:30
• İş günü 5/2 (şənbə və bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir)
• Əmək haqqı: 400 AZN

Məlumatlandırıcı qeydlər

• CV formanızın Word və yaxud PDF formatında hazırlanması məqsədə uyğundur
• CV formasında əsas məlumatları lokanik və aydın qeyd edin
• İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq

Vakansiya ilə maraqlanan namizədlərdən CV’lərini [email protected] e-mail ünvanına göndərmələri və e-mailin mövzu hissəsində mütləq “İllustrasiya və qrafik üzrə dizayner”qeyd etmələri xahiş olunur.

• “Atəşgah” S.Ş. şəffaf idarəçilik üslubunu tətbiq etməklə, əməkdaşların daimi rəyini öyrənib, qərarların qəbul edilməsində onların iştirakını təmin edir.
• Sağlam həyat tərzinin təmin olunması üçün müasir idman zalı, bütün avadanlıqlarla təhciz olunmuş yemək zalında güzəştli şərtlərdə təşkil olunan nahar fasiləsi, kitabxana, istirahət otaqları, müxtəlif əyləncəli tədbirlər, intellektual oyun və viktorinalar iş gününü maraqlı və faydalı edir.
• Ən vacibi isə hər bir əməkdaş davamlı inkişaf və karyera yüksəlişi məqsədilə daxili və xarici tədris prosesinə qoşulmaq imkanına malikdir.