VAKANSİYA

26 Fevral

"PAŞA Holding" işçi axtarır – VAKANSİYA

PAŞA Holding Qrup üzrə Risklərin idarə edilməsi departamentində Risklər üzrə analitik vakansiyasını doldurmaq üçün təcrübəli namizədləri dəvət edir.

Risklər üzrə mütəxəssis vəzifəsinə tələblər:

• Qrupa daxil olan bankların və sığorta şirkətlərinin məlumatlarının və risk hesabatlarının hərtərəfli təhlilinin aparılması;
• Kredit, bazar, likvidlik risklərinin və digər risk məlumatları göstəricilərinin təhlil edilməsi və rəy verilməsi;
• Fəaliyyət planlarının müəyyənləşdirilməsi və təkliflərin hazırlanması məqsədilə Qrupa daxil olan bankların və sığorta şirkətlərinin risk profilinə və risk iştahasına təsir edən trend və amillərin təhlilinin təmin edilməsi;
• Hesabatların keyfiyyətli və vaxtında hazırlanmasının təmin edilməsi;
• Verilən tapşırıqlar çərçivəsində tələb olunan əlavə təhlilərin aparılması;
• Risk məlumatları və göstərici sorğuları üçün Qrupa daxil olan banklar və sığorta şirkətlərinin risk qrupları ilə sıx əlaqələrin yaradılması;

Tələb olunan Təhsil, Təcrübə və Bacarıqlar:

• Maliyyə/Bankçılıq və ya əlaqəli sahələrdə bakalavr dərəcəsi;
• Risk və ya hesabatlar sahəsində 2-3 il peşəkar bank təcrübəsi;
• Güclü analitik və problemlərin hll edilməsi qabiliyyəti;
• Azərbaycan, ingilis və rus dillərinin yaxşı səviyyədə biliyi;
• MS Office (Excel, PowerPoint, Word) proqramlarının yüksk səviyyədə biliyi;
• CFA 1 dərəcə və ya FRM 1 dərəcə sertifikatlarının olması üstünlükdür.

Müraciət etmə qaydaları:

Maraqlanan namizədlərdən aşağıda göstərilən qaydada müraciət etmək xahiş olunur:

• PAŞA Holdinqin rəsmi veb səhifəsi vasitəsilə anket forması doldurulmalı və ya mövzu sətrində “Risklər üzrə analitik” qeyd olunmaqla [email protected] ünvanına CV göndərilməlidir;
• Müraciətlər 17 mart 2021-ci il tarixinə qədər qəbul edilir.

Diqqət: Bu vəzifənin tələblərinə cavab verməyən, yuxarıda qeyd olunan qaydalara riayət etməyən və müəyyən olunmuş son tarixdən geç müraciət edən şəxslərin namizədliyinə baxılmayacaq.