Azərbaycan Beynəlxalq Bankı Kreditlərin məhkəməyə qədərki təqibi şöbəsinə mütəxəssis vakansiyası elan edir.
Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.
Azərbaycan Beynəlxalq Bankının komandasına qoşulun və bu üstünlüklərdən Siz də faydalanın:
- Cənubi Qafqazın ən böyük bankında işləmək imkanı;
- Beynəlxalq standartları yerli bazara gətirən qurumda potensialı reallaşdırmaq şansı;
- Rəqəmsal həllərin, innovasiyaların tətbiqi sahəsində bazar liderinin əməkdaşı olmaq fürsəti;
- Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;
- Yüksək komanda ruhunda əməkdaşlıq;
- Karyera irəliləyişlərində hamıya yaradılan bərabər imkanlar;
- Bankda həyata keçirilən transformasiya prosesində zəngin təcrübənin qazanılması;
- Əməkdaşların yeni trendlərə uyğun təşkil olunan daxili və xarici təlimlərdə iştirakı;
- Əməkdaşların beynəlxalq sertifikatlar əldə etməsi üçün həvəsləndirmə proqramı;
- Bankdaxili aktiv sosial həyat.
Görəcəyiniz işlər:
- İcraatında olan kredit portfellərinə nəzarət;
- Vaxtı ötmüş borclarla işin başlanğıc mərhələsində, onun gedişində kredit təşkilatın borclu ilə məsafədən ünsiyyətin qurulması;
- Gecikmədə olan müştərilərlə telefonla əlaqə yaradılaraq gecikmə səbəbinin araşdırılması;
- Borc haqqında poçt bildirişi SMS- və ya elektron ünvana məktubların göndərilməsi;
- Problemli kreditlərin normallaşdırılması üçün tədbirlərin həyata keçirilməsi.
Bizim üçün ideal namizəd:
- İqtisadiyyat, hüquq və maliyyə istiqamətləri üzrə ali təhsili olan;
- Yüksək dərəcədə ünsiyyət və münasibət qurma bacarıqları olan;
- Sərbəst və şəffaf şəkildə fikir izah etmə və nitq söyləmə bacarıqları olan;
- Gərgin situasiyalarda emosiyaların idarə etməyi bacaran şəxsdir;
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.
Məktubun mövzu hissəsində müraciət edilən şəhər və vəzifə adının “Kreditlərin məhkəməyə qədərki təqibi şöbəsinə mütəxəssis” göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətiniz nəzərdən qaça bilər.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.
Əlavə məlumat üçün: www.ibar.az