VAKANSİYA

18 Yanvar

\"Beynəlxalq Bank\" işçi axtarır – VAKANSİYA

Azərbaycan Beynəlxalq Bankı Bakı filialları üçün Müştəri meneceri vakansiyası elan edir.

Bankımızın peşəkar komandasına qoşulun və bu üstünlüklərdən Siz də faydalanın:

  • Cənubi Qafqazın ən böyük bankında işləmək imkanı;
  • Beynəlxalq standartları yerli bazara gətirən qurumda potensialı reallaşdırmaq şansı;
  • Rəqəmsal həllərin, innovasiyaların tətbiqi sahəsində bazar liderinin əməkdaşı olmaq fürsəti;
  • Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;
  • Yüksək komanda ruhunda əməkdaşlıq;
  • Karyera irəliləyişlərində hamıya yaradılan bərabər imkanlar;
  • Bankda həyata keçirilən transformasiya prosesində zəngin təcrübənin qazanılması;
  • Əməkdaşların yeni trendlərə uyğun təşkil olunan daxili və xarici təlimlərdə iştirak;  
  • Əməkdaşların beynəlxalq sertifikatlar əldə etməsi üçün həvəsləndirmə proqramı;
  • Bankdaxili aktiv sosial həyat.

Görəcəyiniz işlər:

  • İmtiyazlı müştərilərə Bankın məhsul və xidmətləri barədə məlumat vermək;
  • İmtiyazlı müştərilərin bank hesabları üzrə əməliyyatlar həyata keçirmək;
  • Vergi, məhkəmə orqanları və DSMF tərəfindən müştəri hesabları ilə bağlı verilmiş sərəncamların reyestrini apararaq, icrasını təşkil etmək;
  • Bankda mövcud olan pulköçürmə sistemləri vasitəsilə müştərilərə vəsaitlərin göndərilməsi və verilməsi üzrə xidmət göstərmək;
  • Bankın kredit və qeyri-kredit məhsullarının satışı və təqdim edilməsi;
  • İmtiyazlı müştərilər ilə iş fəaliyyətindən irəli gələn digər vəzifələri icra etmək;
  • Bank fəaliyyəti ilə bağlı qüvvədə olan hüquqi normalara riayət etmək, Bankın korporativ dəyərlərini mənimsəmək və müştərilərə xidməti bu çərçivədə həyata keçirmək;
  • Müştəri məmnuniyyətinin əldə olunmasına çalışmaq, daha yaxşı xidmətin təşkili məqsədilə təkliflər hazırlamaq.

Bizim üçün ideal namizəd:

  • Ali iqtisadi təhsili olan;
  • Bankda minimum 1 il iş təcrübəsi arzuolunandır;
  • Analitik düşüncə, təhlil və qərarvermə qabiliyyəti olan;
  • Yüksək səviyyədə rus və ingilis dili bilikləri olan;
  • Komandada işləmək bacarığı olan şəxsdir.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini  [email protected] elektron ünvanına göndərə bilərlər.

Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Müştəri meneceri” şəklində göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətə baxılmaya bilər.

İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq. Əlavə məlumat üçün: www.ibar.az