VAKANSİYA

14 Yanvar

"PASHA Holding" işçi axtarır – VAKANSİYA

PAŞA Holdinq Makroiqtisadi Araşdırmalar departamentində Kiçik analitik vakansiyası üçün uyğun namizədləri dəvət edir.

Analitik vəzifəsinə tələblər:

• Təhlil üçün zəruri olan statistik bazanın mütəmadi yenilənməsi;
• Yenilənən məlumat bazasındakı dataların ilkin emalı, statistik və iqtisadi təhlillərin aparılması;
• Cari işdə tətbiqi nəzərdə tutulan bir sıra indekslər üzərində data scientistlər ilə yaxından işləmək və müvafiq indekslərin mütəmadi yenilənməsini təmin etmək;
• Qurulmuş modellərin yenilənməsi, dəyişənlər arasındakı asılılıqların izlənilməsi və bu əsasda müvafiq dəyişiklik təkliflərinin formalaşdırılması;
• Əsas makro iqtisadi və biznes-bazar göstəricilərinin proqnozlaşdırılması üçün sadə modellərin qurulması və reqressiya təhlillərinin aparılması;
• Cari iş ilə əlaqədar olaraq müvafiq dünya təcrübəsinin öyrənilməsi və hesabat formasında ümumiləşmələrin aparılması;
• Fəaliyyət göstərilən ölkələrdə (Azərbaycan, Gürcüstan, Türkiyə) mütəmadi olaraq iqtisadi və maliyyə təhlilinin aparılması.

Tələb olunan Təhsil, Təcrübə və Bacarıqlar:

• İqtisadiyyat sahəsində magistr dərəcəsi, xaricdə təhsil və ya PhD dərəcəsi üstünlükdür;
• MS Office proqramları və statistik proqnozlaşdırma proqramları üzrə mükəmməl bilik;
• Modelləşmə ilə əlaqədar baza bilikləri, E-views, R Studio, Stata və s. kimi proqramlarda işləmə bacarığı;
• Müvafiq sahədə 1 il iş təcrübəsi;
• Azərbaycan və ingilis dillərində səlis danışıq və yazı qabiliyyəti, rus və ya türk dili üstünlükdür.
• Güclü ünsiyyət bacarıqları.

Müraciət etmə qaydaları:

Maraqlanan namizədlərdən aşağıda göstərilən qaydada müraciət etmək xahiş olunur:

• PAŞA Holdinqin rəsmi veb səhifəsi vasitəsilə anket forması doldurulmalı və ya mövzu sətrində “Kiçik analitik” qeyd olunmaqla [email protected] ünvanına CV göndərilməlidir;
• Müraciətlər 12 fevral 2021-ci il tarixinə qədər qəbul edilir.

Diqqət: Müraciət edən namizədlərin CV ləri seçim üçün ilkin baxışdan keçiriləcəkdir. İlkin CV seçimi zamanı qeyd edilən şərtlərə uyğun namizədlər ilə e-poçt və / və ya telefon vasitəsilə əlaqə saxlanılacaq.