VAKANSİYA

21 Dekabr

“Kredit Evi” işçi axtarır – VAKANSİYA

Bakı 21 dekabr Fins.az

“Kredit Evi” QSC Bakı,Beyləqan və Masallı filialları üçün “Xəzinədar” vakansiyası elan edir.

“Xəzinədar” üçün tələblər:

Yaş həddi: 21-30 yaş
Cins: Qadın
- Ali təhsil (riyaziyyat, iqtisadiyyat. maliyyə və mühasibat arzu olunandır);
- İş təcrübəsi: 1 ildən yuxarı (Xəzinədar vəzifəsi üzrə);
- Azərbaycan dili yaxşı səviyyədə, Rus dili biliyi arzu olunandı
- Nağd pulla intensiv işləmə bacarığı;
- Gərgin iş qrafikində işləmək bacarığı;
- Microsoft Office proqramlarını bilmək və sürətli çap etmə bacarığı;
- Riyazi hesablama aparmaq və analitik mühakimə etmək qabiliyyəti;
- İşgüzarlıq, aktivlik, təşəbbüskarlıq və problemləri həll etmək bacarığı;
- İşdə dəqiqlik və detallara diqqətlilik;
- Müştərilərlə xoş ünsiyyət bacarığı.

Vəzifə öhdəlikləri:

- Nağd pul və digər qiymətlilərin qəbulu, təslimi, saxlanması və qorunması; üzrə əməliyyatların aparılması;
- Müştərilərə xəzinə xidməti göstərilməsi;
- Kassa dövriyyəsi haqqında hesabat hazırlanması;
- Mədaxil və məxaric sənədləri əsasında kassa jurnalının aparılması;
- Nağd pul və digər qiymətlilərlə bağlı aparılmış əməliyyatlar barəsində müəyyən olunmuş formalarda hesabatların təqdim edilməsi;
- Əməliyyat gününün sonunda, gün ərzində aparılan mədaxil məxaric əməliyyatlarının hesablardan çıxarışlarla uzlaşdırılaraq balansa çıxılması.

Tələblərə cavab verən şəxslər şəkilli CV-lərini (şəkilli cv mütləqdi) [email protected] ünvanına göndərə bilərlər.

Müsabiqənin növbəti mərhələlərinə yalnız tələblərə cavab verən namizədlər dəvət olunacaqlar. Müraciət etdiyiniz vəzifənin adını e-məktubunuzun mövzu hissəsində göstərin (Bakı,Beyləqan və Masallı- Xəzinədar). Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaq.