VAKANSİYA

15 Dekabr

\"Atəşgah Sığorta\" işçi axtarır – VAKANSİYA

Bakı 15 dekabr Fins.az

Atəşgah Sığorta Telemarketiq Xidmətinin Operatoru vəzifəsinə işçi axtarır.
İş barədə məlumat

Telefon vasitəsilə sığorta məhsullarının satışı
On-layn alış və sorğuların cavablanması və monitorinqi
Marketinq araşdırmaları məqsədi ilə zənglərin edilməsi
Əmək müqaviləsi bağlanılır

İş vaxtı 10:00 - 17:30

Sabit əmək haqqı 350-400 AZN + rüblük motivasiya

Məlumatlandırıcı qeydlər

CV formanızın Word və yaxud PDF formatında hazırlanması məqsədə uyğundur
CV formasında əsas məlumatları lokanik və aydın qeyd edin
Unutmayın ki, namizədliyinizin baxılmasında, CV formanız mühüm rol oynayır. Bu səbəbdən xahiş edirik nəzərə alasınız ki, CV forması Sizin ilkin təqdimatınızı edən bir müraciət vasitəsidir

İlkin mərhələ üçün CV formasından əlavə digər sənədlərinizin sürətinin göndərilməsinə ehtiyac yoxdur.

Namizəd üçün tələblər

Yaş: 21-35
Cins: Qadın
Təhsil: Ali
Dil bilikləri: Azərbaycan (əla), Rus dili(əla), ingilis dili (arzuolunan)
Kompyuter bilikləri: MS Office yaxşı səviyyədə bilməsi

Şəxsi keyfiyyətlər

Ünsiyyət qurmaq bacarığı
Yüksək nitq mədəniyyəti
Yüksək təqdimat bacarığı
Stressə davamlılıq və münaqişələri həll etmə bacarığı
Yüksək səviyyədə nitq qabiliyyəti, özünütəqdimat bacarığı
Səlis, aydın, əmin danışıq tərzi
Satış bacarığı, təqdimat qabiliyyəti

Vakansiya ilə maraqlanan namizədlərdən CV’lərini [email protected] - mail ünvanına göndərmələri və e-mailin mövzu hissəsində mütləq “Telemarketinq xidmətinin operatoru ” qeyd etmələri xahiş olunur.