VAKANSİYA

23 Noyabr

"Yelo Bank" işçi axtarır – VAKANSİYA

Bakı, 23 noyabr Fins.az

 “Bisnez Risklərinin İdarəedilməsi Departamentində Girov Əmlakının Qiymətləndirilməsi şöbəsində Mütəxəssis” vakansiyasını elan edirik.

Siz elektron poçtun “mövzu” yerinə “Qiymətləndirmə_Mütəxəssis” qeyd etməklə öz CV-lərinizi [email protected] ünvanına göndərə bilərlər.

Struktur: Bisnez Risklərinin İdarəedilməsi Departamenti / Girov Əmlakının Qiymətləndirilməsi şöbəsi
Vəzifə: Mütəxəssis
Bilavasitə tabeçiliyi: Şöbə müdiri

Vəzifə öhdəlikləri:

• Girovun təminatı kimi təklif olunan və ya bankın mülkiyyətində olan daşınmaz əmlakların ekspertizası
• Girov kimi təqdim edilən əmlakın eyniləşdirilməsi, texniki və mülkiyyət sənədləri ilə uyğunsuzluqların aşkar edilməsi, texniki qüsurların və qiymətə təsir edə biləcək digər amillərin müəyyənləşdirilib təhlil edilməsi;
• Girov predmeti olan əmlakın həqiqi bazar və asan satış (likvid) qiymətinin təyin edilməsi;
• Bankın daxili qaydalarında nəzərdə tutulduğu halda təminat kimi çıxış edən obyektə baxış keçirilməsi və şəkillərin çəkilməsi, girovun təqdim olunan sənədlərə uyğunluğunun və texniki göstəricilərinin yoxlanılması;
• Təqdim olunan əmlakın likvidlik dərəcəsinin təhlil olunması;
• Keçirilən ekspertiza haqda hesabatların hazırlanıb təqdim olunması (qiymətləndirmə aktı);
• Bankdankənar müstəqil qitmətləndirici şirkətlər tərəfindən təqdim olunan aktların təhlil olunması və yekun hesabatların hazırlanıb təqdim olunması;
• Girov qoyulmuş əmlakların hər il təkrar qiymətləndirilməsi və monitorinq olunması;
• Təqdim edilən kredit sifarişlərinin reyestrdə qeydiyyatının aparılması;
• Analitik hesabatlar yaradılması məqsədi ilə hesabatların hazırlanması;
• Birbaşa rhəbərin tapşırığı ilə digər tapşırıqlarının yerinə yetirilməsi.

Tələblər:

• Bankın dəyərlərinə uyğun işlərin təşkili;
• Ali təhsil;
• Aidiyyatı sahə üzrə (maliyyə təşkilatlarının qiymətləndirmə şöbəsində və ya qiymətləndirmə şirkətlərində təcrübə) 3 il iş təcrübəsi;
• Aidiyyatı sahə üzrə sertifakatların (diplomların) olması arzuolunandır;
• Yüksək dərəcədə analitik qabiliyyət;
• Səmərəli ünsiyyətqurma bacarığı;
• Komanda ilə işləmə bacarığı;
• İşlərini planlaşdırma bacarığı;
• Məsuliyyətlilik.

Biz Sizə nə təklif edirik:

• Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti;
• Performansın illik qiymətləndirməsi və gələcək karyeranızın qurulması üçün geniş imkanlar;
• Sınaq müddəti bitdikdə Könüllü tibbi sığorta proqramına qoşulma;
• Əmək qanunvericiliyinə uyğun iş şəraiti;
• Müasir idarəetmə sistemi və mehriban kollektiv.