Bakı, 20 noyabr Fins.az
“PAŞA Sığorta” ASC namizədləri Telesatış operatoru vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Vəzifə və Öhdəliklər:
- Satış həcminin artırılması məqsədilə şirkətin məhsullarının müştərilərə telefon vasitəsilə təqdimatın edilməsi;
- Müştərilərdən gələn müraciətlərin vaxtında düzgün və dolğun cavablandırılması;
- Gündəlik satış barədə müvafiq hesabatların hazırlanması;
- Satışdan sonra müştərilərə məlumat xarakterli dəstəyin göstərilməsi.
Tələb olunan bilik və bacarıqlar:
- Ali təhsil;
- Telemarketinq, telesatış sahəsində iş təcrübəsi arzu olunandır;
- Dil bilikləri:
- Azərbaycan dili – (mütləq) danışıq, savadlı və yüksək nitq mədəniyyəti, düzgün yazışma üslubu;
- Rus dili – danışıq (tələb olunmur, amma üstünlük verilir);
- İngilis dili- tələb olunmur, amma üstünlük verilir. – gələcəkdə promotion və təlim, təcrübə mübadiləsi üçün lazım ola bilər;
- Stressə davamlılıq bacarığı- Eyni tipli sualların səbr və təmkinlə cavablandırılması;
- Daimi öz üzərində işləmə, bilik və bacarıqların artırılması, davamlı mütaliə etmə bacarığı;
- Ofis avadanlığı və MS Office proqram təminatı paketi ilə işləmək bacarığı;
- Komanda ilə işləmək bacarığı.
Son müraciət tarixi: 30 Noyabr 2020-cu il.
Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzu” bölməsində qeyd etməklə CV-nizi [email protected] ünvanına göndərin.