VAKANSİYA

17 Noyabr

"PAŞA Holdinq" işçi axtarır – VAKANSİYA

PAŞA Holdinq “Datanın idarəedilməsi üzrə menecer” vakansiyasını doldurmaq üçün təcrübəli namizədləri dəvət edir.

İşin təsviri:

• Datanın idarəedilmsinin təşkili, eyni zamanda yüksk rəhbərliyin, datanın idarəedilməsi üzrə menecerin, şirkətin və onun bütün bölmələrinin rol və vəziflərinin müəyyənləşdirilməsi;
• Datanın idarəedilməsi, təsnifatı, keyfiyyəti, habelə transsərhəd datanın ötürülməsi ilə bağlı siyasət, prosedur və standartların hazırlanması;
• Siyasət, prosedur və standartların tənzimlənməsi;
• Siyasət, prosedur və standartların tətbiqi v tənzimlənməsi istiqamətində Strateji Aktivlər ilə əməkdaşlıq;
• Datanın idarəedilməsi effektivliyinin qiymətləndirilməsi, bu sahədə irəliləyişlər barədə mütəmadi olaraq hesabatların hazırlanması və təqdimatı, eyni zamanda potensial problemlərin rəhbərliyə çatdırması üçün mexanizmin yaradılması;
• Datanın idarəedilməsi çərçivələrinin və yollarının tətbiq edilməsi şirkətlər və bölmələr ilə əlaqələrin qurulması və əməkdaşlıq;

Tələb olunan Təhsil, Təcrübə və Bacarıqlar:

• Müvafiq istiqamət üzrə ən az 2 illik iş təcrübəsi daxil olmaqla ümumi fəaliyyətdə ən azı 7 il peşəkar təcrübə;
• Data xəritəsi, data idarəedilməsi, data keyfiyyəti, rəhbərliyə hesabatlıq, master- və metadata idarəedilməsi kimi sahələrdə təcrübə
• Collibra kimi Data idarəedilməsi vasitələrindən istifadə təcrübəsi üstünlükdür;
• Hesabatlılıq sahəsində eyni zamanda MicroStrategy, Tableau, PowerBI kimi analitik vasitələrlə iş təcrübəsi üstünlükdür;
• Güclü ünsiyyət və danışıq aparma bacarıqları; müxtəlif tərəflər qrupuna təsir etmək qabiliyyəti;
• Güclü analitik, problem həlletmə, təşkilati və vaxt idarəetmə bacarıqları;
• Bir çox tapşırığı eyni zamanda effektiv idarəetmə və matris quruluşlu təşkilatda qarşılıqlı əlaqə qurma bacarığı;
• Layihələrin idarəedilməsi sahəsində sertifikatlarının mövcudluğu üstünlükdür;
• Azərbaycan, ingilis və rus dillərinin səlis biliyi;
• MS Suite proqramının tətbiqi bilikləri;
• Maliyyə/sığorta bazarı sahələrinin biliyi üstünlükdür;
• Data idarəetmə siyasətləri və prosedurları, Data keyfiyyəti ölçüləri/konsepsiyaları, Data bazaları və Data bazaları konsepsiya anlayışları;
• Aydın, yığcam kommunikasiya və texniki terminalogiyanı hər kəsə anlaşılacaq dilə çevirə bilmək bacarığı;
• Layihə qərarlarını həyata keçirməli və fərqli komandalar arasında texniki məsələləri idarəetmə bacarığı;

Müraciət etmə qaydaları:

Maraqlanan namizədlərdən aşağıda göstərilən qaydada müraciət etmək xahiş olunur:

• CV [email protected] ünvanına göndərilməlidir;
• Mövzu sətrində “Datanın idarəedilməsi üzrə menecer” qeyd olunmalıdır;
• CV-lər 17 dekabr, 2020-ci il tarixinə qədər göndərilməlidir.

Diqqət: Müraciət edən namizədlərin CV-ləri seçim üçün ilkin baxışdan keçiriləcəkdir. İlkin CV seçimi zamanı qeyd edilən şərtlərə uyğun namizədlər ilə e-poçt və / və ya telefon vasitəsilə əlaqə saxlanılacaq.